CƏMİYYƏT
Milli Məclisin sədr müavini şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb
![](/files/galleryphoto/2023/3/1200x630/17024790605189637901_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024790605325950748_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024791022485529065_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 13-də parlamentdə şəhid ailələri üzvləri, qazilər və seçicilərlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşlar tərəfindən qaldırılmış müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib. Müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilib və müraciətlərinə yüksək həssaslıq göstərilib.
Vətəndaşların qəbulu, onların müraciətlərinin həlli istiqamətində ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavininin ünvanına daxil olan müraciətlər tam, hərtərəfli araşdırılır, onların həlli məqsədilə qanunvericiliyə uyğun şəkildə lazımi addımlar atılır.