MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sosial siyasət daimi komissiyasının iyunun 4-də keçirilmiş iclasında “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, qanun layihələri parlamentə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuşdur. Hər üç məsələ əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Artıq komissiya üzvlərinin bir neçəsi layihələrlə əlaqədar öz rəylərini vermişdir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə Azərbaycanda cari il üçün ehtiyac meyarı həddinin 45 manat məbləğində təsdiq olunduğunu söyləyən H.Rəcəbli demişdir ki, MDB məkanında və Şərqi Avropa ölkələrində ehtiyac meyarı üçün yaşayış minimumuna yaxın bir rəqəm götürülür. Hazırda respublikamızda yaşayış minimumu 60 manatdır və bunu nəzərə alan dövlətimizin başçısı İlham Əliyev ehtiyac meyarı həddinin iyulun 1-dən 55 manat məbləğində təsdiq edilməsini irəli sürmüşdür. Bildirilmişdir ki, əgər indiyədək Azərbaycanda bu müavinəti təxminən 100 min nəfər alırdısa, qanun layihəsi qəbul edildikdən sonra onların sayı 150-160 min nəfərə çatacaqdır.
Hadi Rəcəbli əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış növbəti qanunvericilik təşəbbüsünə görə Prezident İlham Əliyevə komissiya üzvləri adından təşəkkür etmişdir.
Komissiya sədri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihələrində edilmiş redaktə xarakterli dəyişikliklər haqqında da məlumat vermişdir.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]