Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında 11 məsələ müzakirə olunub

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Sahibə Qafarova rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Polşaya rəsmi səfəri barədə məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, komissiya sədri Eldar İbrahimov, deputatlar Fəzail Ağamalı, Razi Nurullayev, Hikmət Məmmədov, Kamran Bayramov, Elşən Musayev, İlham Məmmədov, Şahin İsmayılov, Nizami Səfərov, Aydın Mirzəzadə, Mahir Abbaszadə çıxış edərək deputat Vahid Əhmədovun son müsahibəsində söylədiyi fikirlərə münasibət bildiriblər, onun müsahibədə yer almış bir sıra iddialarına, deputat həmkarlarının fəaliyyətinə qeyri-obyektiv yanaşmasına etiraz ediblər.

Müzakirələr zamanı məsələnin İntizam komissiyasına çıxarılması təklifləri səsləndirilib.

Müzakirələrin yekununda Milli Məclisin sədri Sahibə Qafarova məsələyə parlamentin İntizam komissiyasında baxılacağını söyləyib.

Çıxışlarda deputatlar aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis olunmasını təqdir ediblər. Deputatlar ölkəmizdə, xüsusən Qarabağ iqtisadi regionunda böyük layihələrin həyata keçirildiyini, beynəlxalq arenada dövlətimizin sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylərini yüksək qiymətləndiriblər.

Sonra S.Qafarova iclasda 11 məsələnin müzakirə ediləcəyini və gündəliyin birinci məsələsinin Hesablama Palatasının illik hesabatının olduğunu bildirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edib. Palata sədrinin çıxışı slaydlar və diaqramlarla müşayiət olunub.

Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində ölkə rəhbərliyi tərəfindən həm iqtisadi, həm də siyasi müstəvidə atılmış addımlar uğurla nəticələnib, dünyada, o cümlədən regionda artan geosiyasi və iqtisadi gərginliklər fonunda ölkə daxilində sabitlik təmin olunub. 2022-ci ildə Hesablama Palatası dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirib. O, Hesablama Palatasının nəticəəsaslı çərçivəyə əsaslanan Strateji Planının tərtibindən artıq iki il keçdiyini və “2021-2025-ci illər üzrə Strateji Plan”da 2 yekun və 9 aralıq nəticənin müəyyənləşdirildiyini söyləyib. Strateji Planda nəzərdə tutulmuş fəaliyyətlərin ölçülə bilməsinin təmin edilməsi məqsədilə 90 əsas performans göstəricisindən ibarət Monitorinq Çərçivəsinin qurulduğunu, ilin yekunları üzrə faktiki icra vəziyyətinin plan göstəriciləri ilə müqayisədə qiymətləndirildiyini deyib.

Diqqətə çatdırılıb ki, 2022-ci il üçün Əməliyyat Planında ümumilikdə 214 tədbir müəyyənləşdirilib. Nəzərdə tutulmuş tədbirlərin 74,8 faizi tam, 13,1 faizi qismən icra edilib, 12,1 faizi isə icra olunmayıb. Ümumi icra 81,3 faiz təşkil edib. Strateji Plan üzrə 2022-ci il üçün büdcə 7,7 milyon manat icra edilib ki, bu da proqnozun 79,4 faizini təşkil edir.

Palata sədri bildirib ki, 2022-ci ildə Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Ötən ilin İş Planının audit və analitik fəaliyyət üzrə icra vəziyyəti Hesabatın tərtib edildiyi tarixədək 95,8 faiz təşkil edib. İlkin olaraq İş Planında audit və analitik fəaliyyət formasında 40 tədbir təsdiq edilib. İş Planına il ərzində müvafiq icra hakimiyyəti orqanının və Hesablama Palatasının üzvlərinin təklifləri əsasında audit və analitik fəaliyyət üzrə 8 yeni tədbir əlavə edilib.

Hesabata əsasən, 2022-ci ilin İş Planına daxil olmuş nəzarət obyektlərinin 29-da və ya 60,4 faizində nəzarət tədbiri ilk dəfə keçirilib. Əhatə dairəsinə dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin, publik hüquqi şəxslərin vəsaitləri daxil olub.

Qeyd olunub ki, hesabat ilində Hesablama Palatası 42 audit həyata keçirib. Hər üç audit növü ilə yanaşı, bir neçə auditdə İT audit növünün bəzi elementlərindən istifadə olunub.

Bildirilib ki, maliyyə və uyğunluq auditləri ümumi auditlərin 88,0 faizini təşkil edib. Uyğunluq auditlərinin 66 faizində müəyyən edilmiş meyarlara uyğun olma, 34 faizində isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib. Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilib, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib.

Ötən dövrdə 5 səmərəlilik auditi keçirilib. Səmərəlilik auditində bu günə qədər 16 DİM indikatoru əhatə edilib və bunlardan 13-ü 2022-ci ilin payına düşür.

Hesabat ilində 6 analitik fəaliyyət həyata keçirilib. Analitik fəaliyyət üzrə mövzular OMXÇ-ni, əsaslı xərcləri, dövlət rüsumunu, özəlləşdirilmə və məqsədli büdcə fondunun vəsaitlərini əhatə edib.

2022-ci ildə qəbul edilmiş Kollegiya qərarlarının icra vəziyyətinin yerində araşdırılması məqsədilə Hesablama Palatasının üzvlərinin təklifləri əsasında İş Planına 6 monitorinq əlavə edilib. Keçirilmiş monitorinqlərlə Kollegiya qərarlarında əks etdirilmiş 46 sayda təklifin icra vəziyyəti qiymətləndirilib. İzlənən təkliflərin 13 faizi icra edilməyib, 19,5 faizi qismən, 67,5 faizi isə tam icra edilib.

Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən ümumilikdə 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinə yenidən baxılması üzrə layihələrə Hesablama Palatası tərəfindən 3 rəy hazırlanaraq Milli Məclisə təqdim edilib.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, Hesabatda ilk dəfə olaraq Palatanın fəaliyyətinin müxtəlif meyarlar üzrə təsirinin iqtisadi, maliyyə və cəmiyyət baxımından qiymətləndirilməsi aparılıb.

Bildirilib ki, 2022-ci ildə hesablanmış artıq ödəmə məbləğləri üzrə pul, əvəzləşmə və natura ifadəsində 34,4 milyon manat məbləğində dövlət vəsaitinin bərpası təmin edilib. Dövlət vəsaitinin bərpa təklifi üzrə hesabat ilinin nəzarət tədbirləri üzrə qalan 25,5 milyon manatın və əvvəlki illər üzrə 2,8 milyon manatın icrası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti ilin Hesabatına daxil ediləcək. Hesabat ilində 6 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib. Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində nəzarət tədbirləri üzrə 1,9 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir. 28 nəzarət tədbirinin nəticələri üzrə 46 sayda məlumat 13 quruma göndərilib. Rəylərdə göstərilən 19 məsələ üzrə tövsiyə və qeydlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən büdcə sənədləşməsində nəzərə alınıb.

Palata sədri bildirib ki, büdcənin icrası mərhələsində hüquqi şəxslərə subsidiyanın verilməsi və istifadəsində pozuntular, subsidiya alanların tələb olunan göstəricilərə nail ola bilməməsi və istifadə edilməyən subsidiyaların büdcəyə qaytarılmasını təmin etmək üçün aparılan işlərin kifayət qədər olmaması kimi hallar subsidiyaların verilməsi ilə bağlı qayda və prosedurların olmasını zəruri edir.

Məruzədə, habelə azad olunmuş ərazilərin bərpası üçün ayrılan vəsaitlərin auditi barədə məlumat verilib.

Ötən il Hesablama Palatasının maraqlı tərəflərlə səmərəli əlaqələr qurduğu, parlamentlə əlaqələrin yüksələn xətlə davam etdirildiyi, başa çatdırılmış bütün auditlərin nəticələrinin Milli Məclisə təqdim edildiyi qeyd olunub.

Vüqar Gülməmmədov çıxışının sonunda Hesablama Palatasının cari il üçün nəzərdə tutduğu fəaliyyətlə bağlı məlumatların da Hesabatda əks olunduğunu söyləyib. O, dövlətimizin başçısı tərəfindən “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə Palatanın üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələcəyinə inamını ifadə edib.

Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Hesablama Palatasının illik hesabatı ilə bağlı fikirlərini açıqlayıb. O, sənədin geniş və informativ olmasını, qısa icmalın və təqdimatın hazırlanmasını müsbət qiymətləndirib. Bildirib ki, beynəlxalq büdcə əməkdaşlığı tərəfindən tərtib edilən açıq büdcə indeksində Palatanın fəaliyyətinin 100 mümkün baldan 89 balla qiymətləndirilməsi təqdirəlayiqdir.

Komitə sədri hesabatda maliyyə auditinin əhatə dairəsinin 5 milyard 573 milyon manata, səmərəlilik auditinin isə əhatə dairəsinin 1 milyard 118 milyon manata yüksəlməsini müsbət hal olaraq, uyğunluq auditinin əhatə dairəsinin isə 2 milyard 353 milyon manata azalmasını narahatedici hal kimi qeyd edib. Bildirib ki, ümumiyyətlə, auditlərin sayı və əhatə dairəsinin artdığı istiqamətlərdə də bir sıra təkmilləşdirmələrə ehtiyac var.

Tahir Mirkişili deyib ki, hesabat ilində Palata tərəfindən monitorinq fəaliyyətinin kəskin genişləndirilməsi, verilən təkliflərin izlənməsinin artırılması təqdirəlayiqdir. O, uyğunluq auditi ilə aşkar edilmiş maliyyə pozuntularının həcmi ilə bağlı göstəriciləri nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən danışıb.

Komitə sədri Hesabatda fəaliyyətin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşmasının göstərilməsini təqdirəlayiq hesab edib.

Tahir Mirkişili çıxışının sonunda Palatanın 2023-cü ildəki fəaliyyəti ilə bağlı bəzi təkmilləşdirmə xarakterli təklif və tövsiyələri də səsləndirib. O, təqdim olunan hesabatın ümumilikdə məqbul hesab edildiyini bildirib.

Hesabat ətrafında gedən müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, İlham Məmmədov, Etibar Əliyev, Bəhruz Məhərrəmov çıxış ediblər. Deputatlar təqdim edilən hesabatın təqdirəlayiq olduğunu söyləyib, sənədlə bağlı bəzi qeyd və təkliflərini də səsləndiriblər.

Müzakirələrin sonunda Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatının nəzərə alınması barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin bundan sonrakı 10 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Növbəti 4 məsələ isə Prezident İlham Əliyevin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.

S.Qafarova diqqətə çatdırıb ki, 2-ci və 3-cü məsələlərə Regional məsələlər komitəsində baxılıb.

Regional məsələlər komitəsinin sədr müavini bildirib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşunda geniş məlumat verilib və deputatların qaldırdıqları suallar ətraflı şəkildə cavablandırılıb. O, deputatlardan qanun layihələrini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.

Dördüncü məsələ olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, qanun layihəsi birinci oxunuşda geniş müzakirə edilib, sənədlə bağlı hər hansı bir təklif və irad daxil olmadığı üçün həmkarlarından layihəni ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.

Beşinci məsələ - "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. O qeyd edib ki, sənədin birinci oxunuşundan sonra Milli Məclis sədrinin tapşırığına uyğun olaraq, həm bu qanun layihəsi, həm də onunla bağlı olan qanun layihələri ilə bağlı müvafiq dövlət qurumlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə geniş müzakirə keçirilib və deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib, sualları cavablandırılıb.

Sonra Tahir Mirkişili qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini açıqlayıb.

Daha sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin son altı məsələsi də Prezident İlham Əliyevin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır. Ona görə də onların təqdimatlarının ayrı-ayrı, müzakirəsinin birlikdə keçirilməsi qərara alınıb. Milli Məclisin sədri bildirib ki, 6-cı, 7-ci və 8-ci məsələlərə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.

Məsələlərlə bağlı məlumat verən Nurlan Həsənov deyib ki, Şəhərsalma və Tikinti Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin birinci oxunuşunda ətraflı məlumat verilib və deputatların sualları cavablandırılıb. O, deputatlardan qanun layihələrini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.

Tahir Mirkişili rəhbərlik etdiyi komitənin Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı müsbət rəyini diqqətə çatdırıb.

Gündəliyin 9-cu, 10-cu və 11-ci məsələləri - ikinci oxunuşda olan "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

Diqqətə çatdırılıb ki, baxılan layihələrlə bağlı birinci oxunuşda heç bir sual yaranmayıb və ona görə də olduğu kimi yenidən səsə qoyulmasını xahiş edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb