MİNGƏÇEVİR XƏBƏRLƏRİ
Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinə Mingəçevirdə geniş hazırlıq görülür. Artıq 1 dairə və 45 məntəqə komissiyalarının tərkibi formalaşmış, seçici siyahıları dəqiqləşdirilmişdir. Səsvermənin şəffaf, demokratik şəraitdə keçirilməsi üçün ictimai nəzarətin təşkili və siyasi partiyaların nümayəndələrinin iştirakı təmin edilmişdir. Müəssisə və təşkilatlarda, yaşayış yerlərində izahat işləri aparılır, Konstitusiyaya təklif olunan dəyişikliklərin mahiyyəti şərh olunur. Referendum aktı layihəsinin müzakirəsi ilə əlaqədar keçirilən yığıncaqlarda mingəçevirlilər ölkəmizin Əsas Qanununa təklif olunan dəyişiklikləri razılıqla qarşıladıqlarını, ümumxalq səsverməsində fəal iştirak edəcəklərini bildirirlər.
X X X
Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrı binasının əsaslı təmiri başa çatmışdır. 1956-cı ildə inşa olunmuş bina şəhərdə dövlət tərəfindən qorunan yeganə memarlıq abidəsidir. Təmirçilər binanın memarlıq elementlərinin qorunub saxlanmasına xüsusi diqqət yetirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]