“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.
İcazə verin, Sizə və bütün Azərbaycan xalqına davamlı sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayım. Qoy, müstəqillik və suverenlik tərəqqi və birliyin təməli olmaqda davam etsin!
Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti respublikada baş verən hadisələri bundan sonra da maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq.
Dərin hörmətlə,
Radik Batırşin
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri