Moldovada hər 5 uşaqdan biri nikahdankənar doğulur
Kişineu, 1 iyun, AZƏRTAC
Bu il Moldovada uşaqların 21,2 faizi, təxminən hər 5 uşaqdan biri nikahdankənar doğulub. AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Milli Statistika Bürosunun hesabatında qeyd olunur.
Cari il yanvarın 1-nə olan məlumata görə Moldovada uşaqların sayı 669,6 min nəfər təşkil edib.
Doğulan uşaqların 51,7 faizi oğlanlardır. Hər 100 qıza 107 oğlan düşür. Kənd yerlərində doğulan uşaqların sayı şəhərlərdə doğulanlardan daha çoxdur.
Moldovada əsasən 25-26 yaşlı qadınlar dünyaya uşaq gətirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]