CƏMİYYƏT
Moldovada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
![](/files/galleryphoto/2022/2/1200x630/1657485703377031131_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657485703831062276_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16574857035570453759_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16574857036506739070_1200x630.jpg)
Kişineu, 11 iyul, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan soydaşlarımızı və digər müsəlman xalqlarının ailələrini Qurban bayramı münasibətilə ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, paytaxt Kişineu və Beltsı şəhərlərində 100-ə yaxın azərbaycanlı və digər müsəlman xalqlarının ailələrinə bayram sovqatları paylanılıb.
Azərbaycanlı ailələri ilə görüşlərdə bildirilib ki, bütün Azərbaycan xalqı müqəddəs Qurban bayramını ruh yüksəkliyi ilə qeyd edir. Allahın adına qurbanlar kəsir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur. Moldova Azərbaycanlıları Konqresinin bayram aksiyası da dövlətimizin vətəndaşlarına olan qayğısının bariz nümunəsidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [19:13]
"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb
- 03.07.2024 [18:41]
Ötən ay 23 aptekdə yoxlama aparılıb
- 03.07.2024 [18:41]
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
- 03.07.2024 [18:37]
Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb
- 03.07.2024 [18:11]