MSK sədri: Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək
Kiyev, 1 aprel, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası Ukraynada prezident seçkilərinin ikinci turunu elan etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında MSK sədri Tatyana Slipaçuk məlumat verib.
“İkinci turun keçiriləcəyini təsdiqləyirəm”, - deyə T.Slipaçuk əlavə edib.
Qeyd edək ki, üç “exit-poll”un nəticələrinə görə, seçkilərin birinci turunda səsləri daha çox namizədlər Zelenski və Poroşenko yığıb. MSK artıq seçki protokollarının 60,28 faizini hesablayıb, Zelenski 30,36, Poroşenko isə 16,40 faiz toplayıb. Heç bir namizəd səslərin 50 faizdən çoxunu toplamadığı üçün aprelin 21-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]