MÜƏLLİF HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI VAHİD MƏLUMAT BAZASI YARADILACAQDIR
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyindən (MHA) AZƏRTAC-a bildirmişlər ki, qurum müəllif hüquqlarının qeydiyyatı ilə bağlı vahid məlumat bazasının yaradılmasını nəzərdə tutur.
Buraya qeydiyyata alınan əsərlər, kompyuter proqramları, həmçinin ədəbiyyat və folklor nümunələri, mahnılar toplanacaqdır. Gələcəkdə məlumat bazası İnternet şəbəkəsində də yerləşdiriləcəkdir.
Bu gün agentliyin qarşısında duran əsas problem dərsliklərin və müxtəlif təyinatlı ədəbiyyatların piratçılıqla çoxaldılıb satışa çıxarılmasıdır. Vəziyyəti öyrənmək məqsədilə keçirilmiş monitorinq zamanı məlum olmuşdur ki, bəzi nəşriyyatların çap etdiyi dərsliklər və bədii əsərlərin üzü çıxarılaraq satışa verilir.
MHA növbəti mərhələdə dini ədəbiyyatla bağlı mövcud vəziyyəti öyrənmək məqsədilə monitorinq keçirməyi planlaşdırır. Əsas məqsəd bu kateqoriyadan olan ədəbiyyatların mənşəyini araşdırmaqdır. Satışda olan dini ədəbiyyatların kiril əlifbası ilə çap olunması da əlavə problemlər yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]