Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müşahidəçi missiyası: sülhün carçısı, yoxsa ikili standartların təzahürü?! Ən çox müzakirə olunan mövzu haqqında mülahizələr!

Müşahidəçi missiyası: sülhün carçısı, yoxsa ikili standartların təzahürü?! Ən çox müzakirə olunan mövzu haqqında mülahizələr!

Bakı, 22 oktyabr, AZƏRTAC

Artıq bir neçə gündür ki, Avropa İttifaqının (Aİ) mülki missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ətrafında müzakirələr səngimir. Bu mövzu mətbuatın diqqət mərkəzindədir desək, yanılmarıq. Şübhəsiz ki, Cənubi Qafqaz kimi strateji cəhətdən vacib və əhəmiyyətli bölgədə çoxdan arzu olunan davamlı sülhün bərqərar olunması zamanı baş verən hər hansı hadisə dərhal diqqəti cəlb edərək, geniş polemikaya yol açır, müxtəlif fərziyyələrin, fikirlərin irəli sürülməsinə zəmin yaradır. Mövzunun aktuallığını nəzərə alaraq biz də bu məsələyə biganə qala bilməzdik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan zabit, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa Eldaroğlu deyib.

İsa Eldaroğlu qeyd edib ki, Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutan dördtərəfli görüşdən sonra Avropa İttifaqının mülki missiyasının şərti Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşdirilməsi barədə qərar qəbul edilib: “Təşkilatın rəsmi nümayəndəsi açıqlama verərək bildirib ki, “məsələnin təxirəsalınmaz olduğunu nəzərə alaraq, ilkin mərhələdə 40 nəfərlik nümayəndə heyətinin Ermənistan tərəfində yerləşdirilməsi nəzərdə tutulur”. Ermənistan tərəfi isə müşahidəçilərin sayının 400 nəfər olacağını iddia edir. Hələ bu da azmış kimi Ermənistanın baş naziri müraciət edərək Minsk qrupunun həmsədrlərini də bölgəyə dəvət edib. Otuz illik fəaliyyəti dövründə bölgəyə çoxlu sayda səfərlər edən, görüşlər keçirən, lakin münaqişənin həllində heç bir müsbət nəticəyə nail ola bilməyən bir təşkilat nümayəndələrinin yenidən Ermənistana dəvət edilməsi nə məqsəd güdür?! Ermənistanın bu cür addımlarının və pərdəarxası oyunlarının müqabilində ATƏT-in Minsk qrupunun 30 ilə yaxın bir müddətdə həll edə bilmədiyini 44 günə həll edən Azərbaycanın mövqeyi tam aydındır, məsələyə münasibəti birmənalıdır və bu vasitəçiliyin də səmərəli olacağına haqlı olaraq ümid bəslənilmir. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbərinin məsələyə münasibəti də məhz bu yöndədir”.

O, ATƏT-in texniki qrupunun Ermənistan hökuməti tərəfindən bölgəyə dəvətini “faktiki olaraq fəaliyyət göstərməyən” Minsk qrupunun “reanimasiya” cəhdi kimi dəyərləndirib: “Fikrimcə qarşı tərəfin bu addımlarının arxasında davamlı sülhün, dayanıqlı sabitliyin bərpası naminə Azərbaycanın irəli sürdüyü təkliflərin icrasının ləngidilməsi, sərhədlərin demarkasiya, delimitasiya prosesinin yubadılması kimi ermənilərin növbəti bir hiyləsinin, məkrli planlarının olduğundan xəbər verir. Elə bu səbəbdən də mülki missiyanın yerləşdirilməsi və ermənilərin ATƏT-in texniki qrupunu bölgəyə dəvət etməsi ilə bağlı bəzi məqamlara toxunmaq, mülahizələrimi bölüşmək istərdim.

Dövlətimizin başçısı hələ Praqada olarkən qətiyyətlə bildirdi ki, biz yalnız dövlətimizin maraqlarının təmin edildiyi halda əməkdaşlıq edəcəyik. Azərbaycan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin həyata keçirilməsində, sülh müqaviləsinin imzalanmasında, sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasında ona görə israrlıdır ki, gərginlik səngisin, sülh bərqərar olsun, kommunikasiyalar açılsın və beləliklə bölgədə ədavətə son qoyulsun. Ermənistan da bu cür xoşməramlı təşəbbüslərə qoşularaq uzun illər ərzində işğalçılıq siyasətinin fəsadlarından, səfalətdən, təcrid həyatından qurtulsun və qoşunlarını yaşayış məntəqələrimizdən uzaqlaşdırsın. Yəni azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrin icrası, quruculuq işlərinin yerinə yetirilməsi məqsədilə təhlükəsizlik təmin edilsin. Çünki bu baş verməsə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, yaradılan yeni infrastruktur, yaşayış məntəqələrimiz daim Ermənistanın hədəfində və təhdidi altında olacaq. Heç kim təminat verə bilməz ki, qarşı tərəf yenidən təxribatlara əl atmayacaq, mülki əhalini və yaşayış binalarını ağır artilleriyadan atəşə tutmayacaq. Belə olduğu halda yenə də Ermənistan silahlı birləşmələrinin artilleriya zərbələri nəticəsində mülki sakinlər arasında ölən və xəsarət alanların olması, yaşayış binalarının, mülki infrastruktur obyektlərinin dağıdılması istisna edilmir. Vətən müharibəsi zamanı döyüş bölgəsindən xeyli uzaq məsafədə yerləşən şəhər və kəndlərimizin ermənilər tərəfindən raket-artilleriya zərbələrinə məruz qalması və itkilərimizin olması barədə yetərincə faktlar mövcuddur. Qarşı tərəfin bu addımlarına tərəfimizdən dərhal cavab verilməsi də təbii ki, yeni döyüş toqquşmalarına səbəb ola bilər.

Fikrimcə, xüsusi diqqət yetirilməli başqa bir məqam da odur ki, ermənilər Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında baş tutan görüşlərdən sonra yaranan nisbi sabitlikdən istifadə edərək Azərbaycan Ordusunun bölmələri ilə üzbəüz olan mövqelərində təcili surətdə möhkəmləndirmə işləri aparır, fortifikasiya qurğuları, digər atəş nöqtələri yaradır, əlavə şəxsi heyət və artilleriya vasitələri yerləşdirirlər. Həmin əlavə qüvvələrdən gələcəkdə həyata keçirəcəkləri təxribatlarda istifadə edəcəkləri də istisna edilmir. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, şərti sərhəd kimi qəbul edilən ərazilərə Avropa İttifaqının mülki missiyası, yaxud ATƏT-in texniki qrupu yerləşdikdən sonra onlar orada olan şəxsi heyət, silah və texnika, eləcə də artilleriya vasitələrini əyani olaraq görəcək və qeydiyyata alacaqlar. Beləliklə, erməni tərəfi göstərməyə çalışır ki, guya onların burada əvvəllər də xeyli sayda hərbi qüvvələri olub (yəni bunu missiyanın gəldiyi üçün etməyiblər) və bu qüvvələr yalnız Azərbaycan Ordusunun həmlələrini dəf etmək üçün lazımdır. Çünki mülki missiya burada yerləşdikdən sonra Ermənistan ordusu öz çirkin əməllərini davam etdirmək üçün artıq belə rahat yerdəyişmələr edə bilməyəcək”.

İsa Eldaroğlu qeyd edib ki, Avropa İttifaqı nümayəndəsinin dediyinə görə, ilkin mərhələdə 40 nəfərədək “müşahidəçinin” yerləşdirilməsi planlaşdırılır. ATƏT-in texniki qrupunun sayı hələ açıqlanmayıb. Yəni açıqlanan say ilkin mərhələyə aiddir. Sonrakı mərhələlərdə daha nə qədər nümayəndə cəlb ediləcəyi məlum deyil. Lakin bu rəqəm özü belə artıq bizi düşünməyə vadar edir: “Zənnimcə “müşahidəçilərin” mülki missiya adlandırılması da Azərbaycan tərəfi üçün bir problemdir. Niyə görə? Səbəbi çox sadədir. Kim deyə bilər ki, Ermənistan ordusu gələcəkdə təxribatlar törətməyəcək və mövqelərimizi atəşə tutmayacaq? Mülki missiyanın yerləşməsi bizim bölmələrin atəş və əməliyyat imkanlarını müəyyən mənada məhdudlaşdırır. Belə ki, qarşı tərəfin təxribatlarının qarşısını almaq məqsədilə görüləcək adekvat cavab tədbirləri zamanı bəzən raket-artilleriya qurğularından istifadə etməkdən çəkinməli olacağıq. Çünki mövqelərimiz atəşə tutularkən adekvat cavab tədbirləri görülən zaman həmin mülki missiya və texniki qrup üzvlərinin də atəş zonasında olması, xəsarət alması mümkündür. Əgər belə hal baş verərsə, Ermənistan tərəfi öz xislətinə sadiq qalaraq bundan ustalıqla istifadə edəcək, dövlətimiz və ordumuzla bağlı Avropada və dünyada mənfi rəy formalaşdırmağa tuşlanan riyakar təbliğat kampaniyaları təşkil edəcək. Unutmayaq ki, bu gün də sərhədlərin delimitasiyası və sülhün bərqərar olması üçün Azərbaycan tərəfindən atılan müsbət addımlara münasibətdə ikili standartlar, fərqli, qərəzli yanaşmalar mövcuddur. Çünki bəzi beynəlxalq təşkilatların və ölkələrin Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğalda saxladığı 30 ildə sərgiləmədiyi aktivliyi, canfəşanlığı son 3 ayda artıqlaması ilə nümayiş etdikləri də gün kimi aydın görünür. Uzun illər ərzində erməni təxribatlarına məruz qalan tərəf kimi bilirik ki, bizi cavab tədbirləri görməyə təhrik etmək üçün, atəşkəsin guya bizim tərəfimizdən pozulmasını qələmə verməkdən ötrü erməni hərbçiləri, lazım gəlsə, hətta öz mövqelərinə belə zərbələr endirməkdən çəkinməyəcək. Qarşı tərəfin bu cür addımları əsasən qaranlıq vaxtı, məhdud görmə şəraitində atdığını nəzərə alsaq, belə bir vəziyyətdə atəşin hansı istiqamətdən açıldığını təyin etmək faktiki olaraq mümkün deyil. Həm də ki, “faktı” qeydə alan müşahidəçinin, texniki qrup üzvünün obyektiv yanaşacağı və qərəzsiz mövqe sərgiləyə biləcəyi də sual doğurur. Avropa İttifaqının müşahidəçi missiyası sülhün carçısı, yoxsa ikili standartların və erməni riyakarlığının növbəti təzahürü olacaq? Bunu da zaman göstərəcək. Beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı 30 illik fəaliyyəti yuxarıda qeyd olunanlara əyani sübutdur.

Bizim, bütün azərbaycanlı soydaşlarımızın isə yalnız bir istəyi, bir gözləntisi var ki, sülhün bərqərar olunmasına vasitəçilik etmək istəyən, dəstək göstərən hər bir təşkilat tərəfindən ədalətli qərarlar qəbul edilsin, münaqişələrə son qoyulsun, insanlar sülh, sabitlik şəraitində yaşasın”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO