Musiqi məktəbinin hesabat konserti
Bakı, 19 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş hesabat konserti təşkil edib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, konsert proqramında məktəbin xor qrupu, xalq çalğı alətləri orkestri, "Şəfəq" instrumental ansamblı , "Kamerton" violin ansamblı və nağara ifaçıları ansamblı çıxış ediblər. Şagirdlərin ifasında yerli və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.
Sonda Ulu Öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" nitqi səsləndirilib.