Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada miqrasiya siyasəti uğurla reallaşdırılır

Naxçıvan, 18 dekabr, AZƏRTAC

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.

Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməyib. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla əlaqədar bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra miqrasiya sahəsində ardıcıl tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olub. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilib.

Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada reallaşan uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlib, əlverişli coğrafi-strateji mövqeyi, mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi Naxçıvanı əcnəbilər üçün cəlbedici məkana çevirib. Ona görə də miqrasiya sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə görülən işlərin davamıdır. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qanunvericiliyin tələblərini rəhbər tutaraq muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinə xüsusi diqqət yetirir, bu sahə üzrə qarşıda duran vəzifələri həll edir.

Muxtar respublikada sərhəd-keçid prosedurları və əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün muxtar respublikada əlverişli mühit formalaşdırmaq məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılıb. Belə ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı sadələşdirilib, qeydiyyatın aparılmasına əlverişli şərait yaradılıb, elektron qaydada müraciətlər təmin edilib. Həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir.

Muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi, bu mənada, mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq standartlara uyğun olan mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılıb.

Aparılan davamlı maarifləndirici tədbirlər öz nəticələrini verib

Reallıqdır ki, öz hüquq və azadlıqlarını, vəzifələrini bilməyən şəxs rahatlıqla qanunsuz miqrasiyanın qurbanına çevrilə bilər. Bu gün əcnəbilərin muxtar respublikamızda rahat, təhlükəsiz, sərbəst hərəkət etmələrinin, eləcə də qanunsuz miqranta çevrilməmələrinin əsasında həm də maarifləndirmə tədbirləri dayanır. Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Belə ki, sərhəd-buraxılış məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyataalınma, haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim olunur.

Miqrasiya siyasətinin həyata keçirilməsində əsas məsələlərdən biri də burada yaşayan əcnəbilərə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsinin təmin edilməsidir. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin hüquq və azadlıqları ilə bağlı, habelə muxtar respublikanın tarixi, mədəniyyəti, incəsənəti, turizm imkanları haqqında müxtəlif maarifləndirici tədbirlər və muzeylərə ekskursiyalar təşkil olunur.

Dövlət Miqrasiya Xidməti elektron xidmətləri uğurla reallaşdırır

Bundan başqa, Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı üzərindən 9 sahə üzrə xidmət göstərir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması da bu xidmət növlərinə daxildir.

Miqrasiya sahəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyinin təmin olunması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatlar əldə etməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytı fəaliyyət göstərir. Sayt daha rahat istifadə üçün cari ilin əvvəlində tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib və zamanın tələbinə uyğunlaşdırılıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytın daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib.

Əməkçi miqrantların işəgötürülmə prosedurunu sadələşdirmək üçün xidmətin rəsmi internet səhifəsi üzərində “Elektron xidmətlər” bölməsi yerləşdirilib, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazələrinin və onun əsasında muxtar respublika ərazisində yaşamaq hüququ verən müvafiq icazələr üçün müraciətetmə imkanı yaradılıb. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilə bilir. Dövlət Miqrasiya Xidmətinin “202 - Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin son illərdə əldə etdiyi çoxsaylı nailiyyətlər bir daha belə deməyə əsas verir ki, xidmətin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla icra edəcək, miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcək.

AZƏRTAC -ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub