“MVM Group” “Şahdəniz” layihəsində pay almasını yüksək qiymətləndirir
Budapeşt, 6 iyun, AZƏRTAC
Macarıstanın MVM şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsində 5 faizlik pay almasını qaz tədarükünün diversifikasiyası nöqteyi-nəzərindən mühüm addım hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “MVM Group”un baş direktoru Karoli Matray bildirib. O əlavə edib: “Biz Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq edirik. Dünən SOCAR ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”də 5 faizlik payın alınması ilə bağlı sənəd imzaladıq. Biz bununla fəxr edirik, çünki Azərbaycanla xüsusi münasibətlərimiz var”.
“MVM Group”un baş direktoru deyib: “Sənədin imzalanması şirkətimizin strategiyasında ən böyük uğurdur. Bu, qaz tədarükümüzün diversifikasiyası istiqamətində və tək bir mənbədən asılılığın azaldılması üzrə mühüm elementdir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]