NABUKKO QAZ KƏMƏRİ LAYİHƏSİNİN DƏYƏRİ XEYLİ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, Orta Asiyadan və Cənubi Qafqazdan Avropa İttifaqına çəkilən Nabukko qaz kəmərinin tikintisi layihəsinin dəyəri 60 faiz artırılaraq 12,4 milyard dollara (8 milyard avroya) çatmışdır.
Mütəxəssislər qeyd edirlər ki, qaz magistralının bahalaşması, ilk növbədə, polad boruların qiymətlərinin artmasından irəli gəlir. 3,3 min kilometr uzunluğunda qaz kəmərinin ilkin dəyəri 5 milyard avro müəyyən edilmişdi. Lakin hazırda məbləğ xeyli artmışdır ki, bu da, məlumatlı mənbələrə əsasən, Avropa Komissiyasında son dərəcə əsəbilik doğurmuşdur.
Avropa Komissiyası Nabukko layihəsini dəstəkləyir, lakin layihənin bu qədər bahalaşması onun iqtisadi məqsədəuyğunluğu məsələsini qarşıya qoyur.
Əvvəlki kimi, Nabukkonun təbii qazla doldurulması məsələsi də açıq qalır. Hazırda onun təşəbbüskarları magistralın ildə 31 milyard kubmetr qaz ötürməsi üzərində dayanmışlar. Lakin mütəxəssislər qeyd edirlər ki, Orta Asiya dövlətlərinin, ilk növbədə, Türkmənistanın, habelə İranın qaz ehtiyatları “işə qarışmasa” bu səviyyəyə çatmaq mümkün olmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]