Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naməlum Şarcə

Bakı, 20 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tən ortasında yerləşən Şarcə yeddi əmirlikdən yeganəsidir ki, yerdə qalan hamısı ilə həmsərhəddir. Şarcə özünü İslam mədəniyyətinin mərkəzi və BƏƏ ənənəvi dəyərlərinin istinadgahı kimi göstərir. Bu gözəl əmirliyə gələn hər kəsi nadir mədəni və tarixi abidələrin çoxluğu valeh edir. Əyləncə həvəskarlarını isə akvaparklar, akvarium, “şeytan təkəri”, safari və vaxt keçirməyin digər maraqlı variantları gözləyir.

Bir sözlə, turistlər arasında populyarlığa görə qonşu əmirliklərə çatmaq üçün Şarcədə bütün imkanlar var. Biz burada bir neçə unudulmaz gün keçirərək buna şəxsən əmin olduq.

Zəfəranlı qəhvə və Ərəbistan parovozları

BƏƏ-yə səfər azərbaycanlı turistlər arasında ən populyar istirahət istiqamətlərindən biridir. Bu günə qədər Bakıdan yalnız Dubaya birbaşa reyslər olurdu. Budur, nəhayət, “Air Arabia” aviaşirkətinin səyləri nəticəsində Şarcə ilə birbaşa reys açılıb. Bakı-Şarcə-Bakı marşrutu üzrə uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalından həftədə dörd dəfə həyata keçirilir. Aviabiletlərin qiyməti hər iki tərəf üçün 300 manatdan başlayır - bu, müvafiq istiqamətdə bazarda olan ən münasib təklifdir. Özü də bu qiymətə 10 kiloqramadək əl yükü daxildir. Digər “low cost” şirkətləri kimi, “Air Arabia”nın da sərnişinləri əlavə yük və təyyarədə yemək üçün opsiya seçə bilərlər. Təxminən iki saat yarımdan sonra siz nağıla bənzər, cəzbedici və qonaqpərvər Şarcədəsiniz!

Bunu deməyə ehtiyac varmı ki, Şarcədə istənilən zövqə və pul kisəsinə uyğun “Sheraton” və “Radisson Blu” kimi beşulduzlu otellərdən tutmuş aeroportun yaxınlığında yerləşən “Centro by Rotana” kimi üçulduzlu, eləcə də ikiulduzlu otellər tapa bilərsiniz. Biz qızıl ortanı üstün tutduq və şəhərin mərkəzində elə “Golden Tulip” adlı dördulduzlu oteli seçdik. Mehmanxananın Korniş şəhərinin baş magistralı yaxınlığında körfəzin sahilində yerləşməsi bizə sərf edirdi və Şarcə ilə tanışlığa vaxt itirmədən başlamağa imkan verdi.

Bir qayda olaraq, turistlərin birinci işi tarixi rayona - Şarcənin Ürəyinə (Heart of Sharjah) getməkdir. Burada çoxsaylı tarixi tikili və məşhur görməli yerlər cəmləşib. Əmirliyin 16 möhtəşəm muzeyindən biri - Şarcə Mədəni İrsi Muzeyi məhz burada yerləşir. Muzeyin kolleksiyası yerli əhalinin ənənəvi həyat tərzi ilə tanış olmağa, məişət əşyalarını, milli geyimləri, musiqi alətlərini, bəzək, ədviyyat, xalçalar, qab-qacaq və regiona xas digər atributları görməyə imkan yaradır. Muzey XVIII əsrin sonuna aid, tanınmış mirvari tacirinə məxsus binada yerləşir. Evin memarlığı və mebel elementləri o dövrün həyat tərzini əks etdirir. Muzeyin çıxışında sizi burada hazırlanan, hil və zəfəran qatılmış yüngül və tonuslaşdırıcı ərəb qəhvəsinə qonaq edəcəklər.

Elə buradaca - Şarcənin Ürəyində qədim “Al Arsa” bazarına getmək olar. Burada əntiq qab-qacaq, aksesuarlar, bəzəklər, silah və s. satılır. Ümumiyyətlə, Şarcədə çoxlu tarixi və müasir bazarlar var. Onların ən məşhurlarından biri Mərkəzi bazardır, səma rəngində kaşı pilətə ilə örtülmüş fasadına görə ona həm də mavi bazar deyirlər. Bazarın binası təbii ventilyasiya üçün parovozların tüstü borusunu xatırladan külək qülləsi ilə ənənəvi Ərəbistan üslubunda tikilib. Bu qülləyə görə bazarın bir adı da var - buraya gələn rusdillilər onu “parovozlar” adlandırır. Mərkəzi bazarın piştaxtaları xalçalar, zərgərlik məmulatı, ətriyyat, milli geyim, elektronika, sənət əşyaları ilə zəngindir. Əgər sizi ərzaq məhsulları maraqlandırırsa, yaxınlıqdakı Al Cubeyl bazarına gedin, orada balıq və meyvə bazarı yerləşir. Buraya gələnlər elə bazar binasının girişində böyük salona - ənənəvi balıq hərraclarının keçirildiyi yerə daxil olur. Balıqçıların hər gün buraya gətirdikləri təzə balıqlar işbazlar tərəfindən dərhal alınır, sonra restoranlara və supermarketlərə daşınır. Qonşu pavilyonda isə müxtəlif dəniz məhsullarını pərakəndə almaq mümkündür. Balıq pavilyonu ilə üzbəüzdə meyvə bazarı yerləşir. Burada bütün meyvələr, tərəvəzlər, ədviyyatlar satılır. Adi meyvələrlə yanaşı, kifayət qədər ekzotik meyvələr, o cümlədən manqo, quava, rambutan, liçi, cekfrut, manqostan satılır - daha nələr yoxdur!

İşıq, kəpənək və falafel adacığı

Xatırlatdığımız kimi, Şarcə BƏƏ-nin İslam mədəniyyətinin mərkəzi hesab edilir. İslam Sivilizasiyası Muzeyi təsadüfən burada yerləşmir. Hər şeylə maraqlanan turistlərin çoxu bu muzeyə baxmağa can atır. Onun unikal interaktiv ekspozisiyası qədim dövrdən indiyədək İslam sivilizasiyasının nailiyyətlərini əks etdirir. Muzeyin on dörd əsri əhatə edən kolleksiyasında 5 mindən çox əşya, o cümlədən qədim manuskriptlər, bəzək nümunələri və kostyumlar, mühüm icadlar, tibb alətləri var. Burada astronomik alət - Azərbaycanın Marağa rəsədxanasının mərkəzi qülləsindən XIII əsrə aid böyük sekstantın rekonstruksiyası təqdim edilib.

İslam mədəniyyəti ilə tanışlığı Al-Nur məscidində (ərəb dilindən tərcümədə “işıq” deməkdir) davam etdirmək olar. Bu, Şarcədə qeyri-müsəlmanların ekskursiya etdiyi yeganə məsciddir. Dümağ məscid minarələrdə və nəhəng qübbədə də əksini tapan osmanlı üslubunda tikilib. Ekskursiya vaxtı turistlər İslam dininin əsasları haqqında məlumat əldə edir, habelə ərəb ölkələrinin kişi və qadın ənənəvi geyimini əyinlərinə taxıb baxa bilərlər. Din və mədəniyyət məsələlərində maarifləndirmə müxtəlif ölkələrdən gəlmiş adamlara yerli ənənələri daha yaxşı anlamağa, dünyagörüşünü artırmağa və tolerantlıq nümayiş etdirməyə kömək göstərir.

Məscidin yaxınlığındakı Al-Nur adası ailəvi istirahət üçün əla yerdir. Sahillə yaraşıqlı körpü vasitəsilə birləşmiş adada landşaft dizaynı ilə seçilən dəbdəbəli park salınıb. Adaya giriş pulludur. Buraya gələnləri müxtəlif art-obyektlərin - orijinal skamyalar, fəvvarələr və heykəllərin bir-birini əvəzlədiyi sıx yaşıllıq, habelə alman dizayn bürosu tərəfindən layihələndirilmiş effektiv insektarium gözləyir. Orada ekzotik bitkilərin arasında müxtəlif kəpənəklər - Şərqi Asiya ölkələrindən gətirilmiş 500 növ kəpənək uçuşur.

Təbiətin daha bir xəzinəsi ilə tanışlığın yolu lacivərd dənizin sahilində yerləşən Şarcə akvariumundan keçir. Sualtı aləmin bu guşəsində dəniz faunasının region üçün səciyyəvi olan 250-dən çox növü təqdim edilir. Burada yüzlərlə köpək balığı, skat, dəniz tısbağası, dəniz ulduzları, dəniz atları, saysız-hesabsız parıltılı tropik balıqları - mərcan riflərinin sakinləri saxlanılır.

Şarcə təkcə mədəniyyət və maarifləndirmə mərkəzi deyil, həm də Yaxın Şərq mətbəxindən zövq almaq üçün gözəl yerdir. Bütün səfərboyu burada sizi orijinal yeməklər gözləyir. İstər oteldə səhər yeməyi, istərsə də restoranda şam yeməyi vaxtı onlardan dadmağına dəyər. Yerli yeməklərin çoxunda paxla və noxuddan istifadə edilir - pörtlədilmiş paxla qatılmış sous, falafel (xırdalanmış paxlanın kürəcik şəklində qızardılması), xumus (ədviyyatlı üyüdülmüş noxud) və s. Ədviyyat vurulmuş düyüdən geniş istifadə edilir, o cümlədən məşhur kus-kus yeməyində. Şarcə - dənizkənarı regiondur. Burada istənilən yeməkxanada sizə ət və toyuqla yanaşı, dəniz məhsullarının geniş çeşidini - balıq, krevetka, xərçəng, kalmar təklif edə bilərlər. Ərəb çörəyi bizim lavaşı xatırladır, lakin ölçüsü ondan balaca və qalındır. Desert üçün yerli paxlavanı dadın, bu, Türkiyə və Azərbaycan paxlavası arasında orta bir şirniyyatdır. Əlbəttə ki, ekzotik meyvələri dadmaqdan imtina etməyin - onlar burada həmişə yetişmiş və şirəlidir və demək olar ki, hər addımda satılır!

Davamı var...

 

Emil Eyyubov

Fotolar Fuad Səfərəliyevindir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr