Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilməkdədir

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilməkdədir

Bakı, 6 avqust, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas qlobal problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan dövlətinin vətəndaşlarını və əsasən də, gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də faydalanan sosial qrup kimi qəbul etməsi sayəsində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Bütün sahələrdə gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, könüllülük hərəkatı genişlənib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyevin məqaləsində yer alıb. Məqaləni oxuculara təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda öz çıxışında vurğulayıb ki, “Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir.

Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sayəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülüb.

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilib, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilib və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

Belə ki, cari ilin 6 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5 min 778 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 53-ü narkotik vasitələrin qanunsuz satışı, 3 min 463-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 206-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 418 kiloqram 320,92 qram və 24 min 650 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 497 kiloqram 266,592 qramını heroin, 1 ton 28 kiloqram 428,674 qramını marixuana, 198 kiloqram 89,061 qramını tiryək, 20 kiloqram 547,544 qramını həşiş, 199 qramını kokain, 115 kiloqram 821,557 qramını digər narkotik vasitələr və 557 kiloqram 968,492 qram psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kiloqram 485,4 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 qram zəhərli maddə, 56 min 958 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 91 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaş və ondan yuxarı isə 3068 nəfər təşkil edir. Həmin şəxslərdən 3 min 980-i kişi, 111-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 54 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 54 xarici ölkə vətəndaşından 22-i İran İslam Respublikası, 7-si Gürcüstan, 8-i Türkiyə, 1-i Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 1-i Ukrayna və 13-ü Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 936 kiloqram 422,285 qram və 4 min 78 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16 min 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Cari ilin 6 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 134 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 704 kiloqram 776,032 qram və 2 min 48 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 166-sı qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 73 kiloqram 648,3 qram və 7 min 558 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. 1461 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 365 kiloqram 983,5 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.

2022-ci ilin ötən 6 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 418 kiloqram 320,92 qram, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 113 milyon 847 min AZN kimi qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 486,707 hektar sahədən çəkisi 115 ton 570 kq olan 244 min 445 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı ilə cari ilin 5-6 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1647, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 560, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1072, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 15 fakt, qaçaqmalçılıq faktlarının sayı 27 fakt artıb, bu kateqoriyadan olan digər cinayətlərin sayı sabit qalıb.

Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 48 kiloqram 275,552 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1739 nəfər, qadınların sayı 43 nəfər artıb, qrup halında törədilmiş cinayətlərin sayı isə 15 fakt azalıb.

Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 min 576 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1694 nəfərindən 1224-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hesabat dövründə 2 min 947 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 942 xəstə müalicə alır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfər təşkil edib. Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7 min 496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9 min 752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5 min 603 nəfər qeydiyyata götürülüb, 4 min 789 nəfər isə qeydiyyatdan çıxarılıb.

Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 7 min 56 nəfər təşkil edir. Eyni zamanda, istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 2 min 700 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 4 min 662 nəfərdir.

Azərbaycanda 44 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9 min 806 nəfər qeydiyyata götürülüb (9 min 485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi). İİV-ə yoluxanların 6 min 998-i kişi, 2 min 808-i qadındır. Onlardan 3 min 531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2 min 482 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Cari ilin yanvar-iyun ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1003 vətəndaş müraciəti daxil olub ki, onların 122-nı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 414-i narkotik asılılıqdan müalicə, 467-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 536 məktub ünvanlanıb.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin təşkili əvvəlki illərdə olduğu kimi sistemli xarakter daşımış müvafiq dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən birgə tədbirlər planları hazırlayaq kompleks şəkildə təşkil edilməklə gücləndirilməsi təmin edilib.

Belə ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verib, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Bununla əlaqədar regionlarda antinarkotik təbliğat işinin daha da gücləndirilməsi və əhatəsinin genişləndirilməsi məqsədilə 2022-ci ilin 6 ayı ərzində Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələri də cəlb edilməklə, respublikanın 31 şəhər və rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri ilə görüşlər keçirilib, müzakirələr aparılmaqla onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunub.

Həmçinin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası orta məktəblərdə canlı ifada nümayişi təmin olunub.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 4, 10, 11, 2, 17 saylı cəzaçəkmə və Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil edilib.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Dövlət Komissiyasının İşçi qrupu arasında imzalanmış birgə tədbirlər planına müvafiq olaraq gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi məqsədilə YAP Mərkəzi Aparatında təlim keçirilib, “Milli-mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” adlı tədbir, Bakı şəhəri Yasamal və Nəsimi rayonlarında, habelə Respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç - Bizdən biri ol!” adlı silsilə fləş-moblar, “Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi yarışı, “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol turniri, “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir- konsert, eyni zamanda YAP fəalları tərəfindən feysbuk, tviter, instaqram sosial şəbəkələrində #Narkomaniyayason, #StopNarkomaniya həştəqləri ilə aksiyalar təşkil edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran, Masallı, Abşeron, Sumqayıt, Yevlax, Bərdə, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilib və iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Eyni zamanda, hesabat dövründə Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Dəniz Akademiyasında, Sənaye və Texnologiya Kolleci, Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filialında, Azərbaycan Dövlət Pedaqojı Universitetinin Ağcabədi filialında, Quba Dövlət Sosial-İqtisadi Kollecində, 2 saylı Bakı Baza Tibb Kollecində, Şəki Dövlət Regional Kollecində, Saatlı Tibb Kollecində, Sabirabad Dövlət Sosial İqtisad Kollecində, Ağcabədi Pedaqojı Kollecində, İsmayıllı Dövlət Humanitar Kollecində, Masallı Dövlət Regional Kollecində, Mingəçevir Turizm Kollecində, Ağdaş Dövlət Humanitar Kollecində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, Şəki şəhər 1 nömrəli Peşə Məktəbində, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində narkomanlıq probleminə dair təlimlər, tələbələr üçün ictimai mühazirələr keçirilib.

Bakı şəhəri üzrə Xətai, Yasamal, Qaradağ, Sabunçu, Xəzər, Nərimanov, Nizami, Binəqədi, respublikanın Şəki, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən maarifləndirici 32 tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları iştirak edib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Gəncə şəhərində yerləşən N hərbi hissədə psixoloq ixtisaslı zabitlərə “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri arasında “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı təlim, Gənclər Fondunun “Yayfest” gənclər festivalında “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib, “Açıq qapı” günü elan etməklə ali, orta ixtisas tələbələri və o cümlədən ictimaiyyət nümayəndələri və könüllüləri üçün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında və Heydər Əliyev Ali Hərbi məktəbdə “Həyatla Oyun” tamaşasının canlı ifada nümayişi təşkil edilib.

Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsilə müvafiq mətnli SMS bildiriş (DK İşçi qrupu: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802, nmdk.gov.az) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Azerfon” mobil rabitə operatorları tərəfindən mərhələli qaydada ümumilikdə 9 milyon 436 min aktiv abunəçiyə göndərilməsi təmin edilib.

“Narkomanlığa birlikdə yox deyək” şüarı 23 iyun tarixindən etibarən (7 gün müddətində) Daxili İşlər Nazirliyi vasitəsilə elektron informasiya terminallarında, bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə avtobuslarda mövcud olan monitorlarda (1 ay müddətində) nümayiş olunub.

Həmçinin, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 45 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə təhsil müəssisələrində, xəbərdaredici məlumatlar əks olunan 22 ədəd sosial lövhə isə Mühafizə Alayında, konvoy taborunda və cəzaçəkmə müəssisələrində quraşdırılıb.

Dövlət Komissiyasının İşçi qrupu tərəfindən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial çarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında uzunmüddətli nümayiş olunub, ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarında isə ümumilikdə 7 min 744 dəfə yayımlanıb.

Bundan əlavə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə yeni üslubda zəruri əyani təbliğat materialları (bukletlər) çap edilib və İşçi qrupu tərəfindən təşkil edilən bütün tədbirlərdə aidiyyəti üzrə paylanılması təmin olunub.

Eyni zamanda, yuxarıda qeyd olunan bütün tədbirlər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər kütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılıb.

Beləliklə, təşkilati tədbirlərdən əlavə hesabat dövrü ərzində ümumilikdə 126 tədbir (şəhər/rayon komissiyaları ilə 31 görüş, televiziya kanallarında 3 dəyirmi masa, 59 maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 24 təlim, 5 kütləvi-mədəni tədbir, 2 idman növü üzrə turnir və 4 fləş-mob) təşkil edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə keçirilən iclaslarda qəbul edilən qərarlara müvafiq olaraq, cari il ərzində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, sosial çarxların çəkilişi, müasir texnologiyanın və yeni üsulların tətbiqi məqsədi ilə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin, narkomanlığın yayılma dərəcəsini müəyyən etmək üçün sorğuların, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində, penitensiar müəssisələrin əməkdaşları və jurnalistlər üçün təlimlərin keçirilməsi, narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanması və həmin materialların yayılmasının təşkili nəzərdə tutulub.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkotizmin profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, respublika rəhbərliyinin narkotizmin hər cür təzahürünə qarşı prinsipial və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub   YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb