Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik vasitələrin qanunsuz dövriyyəsi milli təhlükəsizliyə ciddi təhdiddir

Narkotik vasitələrin qanunsuz dövriyyəsi milli təhlükəsizliyə ciddi təhdiddir

Bakı, 8 iyun, AZƏRTAC

AZƏRTAC “İki sahil” qəzetində dərc olunmuş “Narkotik vasitələrin qanunsuz dövriyyəsi milli təhlükəsizliyə ciddi təhdiddir” sərlövhəli məqaləni təqdim edir.

Bəşəri bəla hesab edilən narkotiklər insanların faciəvi taleyinə və cinayətkarlığın durmadan artmasına səbəb olan, xalqların və millətlərin genofondunun məhvinə gətirib çıxara biləcək əsas amillərdən biridir. Beynəlxalq birliyin bu qlobal problemlə mübarizədə səyləri birləşdirməsinə, həmin sahədə davamlı olaraq maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, narkotik vasitələrin dünyada sürətlə yayılması müşahidə olunmaqdadır.

Qeyd olunan mənfi hallara dövlətlərin nəzarət mexanizminin qənaətbəxş səviyyədə olmaması, dünyanın bir çox yerlərində nəzarətdən kənar ərazilərin mövcudluğu, ölkələrarası geniş nəqliyyat və tranzit imkanlarının olması kimi məqamlar da təkan verir. Bu gün beynəlxalq aləmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı aparılan mübarizəyə respublikamız da önəmli töhfəsini verir, yaradılmış beynəlxalq əməkdaşlıq platformasında vacib rol oynayır. Əminliklə demək olar ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində qəbul olunmuş beynəlxalq konvensiyalara qoşulmuş Azərbaycanda bu sahə üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün əsaslı milli qanunvericilik bazası formalaşdırılıb.

Məlumdur ki, müstəqilliyin ilk dövrlərindən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə göstərilən sahə üzrə hüquqi müstəvidə mühüm addımlar atılıb, Ulu Öndərin əvəzsiz səyləri sayəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1999-cu il 18 iyun tarixli Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha səmərəli aparılması, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda Dövlət proqramları qəbul edilib. Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda Dövlət Təhlükəsizliyi Xidmətinin də qarşısına digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində vacib vəzifələr qoyulub və onlar hazırda uğurla icra olunmaqdadır. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, habelə bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində də öz təmsilçiliyini uğurla davam etdirərək bu yönümdə görülən işlərə öz töhfəsini verməkdədir.

Coğrafi baxımdan əlverişli məkanda, mühüm nəqliyyat qovşaqlarının və tranzit marşrut xətlərinin mərkəzində yerləşən Azərbaycanın daim məruz qaldığı narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi hallarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti respublikanın və tərəfdaş ölkələrin hüquq-mühafizə orqanları ilə birgə səmərəli mübarizə aparır, narkotik vasitələrin Azərbaycan ərazisinə qeyri-qanuni keçirilməsi və ölkəmiz vasitəsilə digər dövlətlərə daşınması cinayətlərinin və bu qəbildən olan digər qanunazidd əməllərin qarşısının alınmasında fəal rol oynayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik vasitələrin daşınmasını aşağıda qeyd olunan marşrutlar üzrə həyata keçirmələri müəyyənləşdirilib:

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).

DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan Respublikasının vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edilirlər. Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İran İslam Respublikasına səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İran İslam Respublikasının vətəndaşlarının Azərbaycan Respublikası vətəndaşları ilə yaratdıqları kontaktlar və ya sosial şəbəkələr vasitəsilə təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər. Bununla da narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan Respublikasının vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər. Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir. Eyni zamanda, “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddətdə maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır.

Aparılan araşdırmalarla müəyyənləşdirilib ki, Azərbaycan ərazisinə əsasən metamfetamin, metadon, heroin, kokain, qurudulmuş marixuana, həşiş, tiryək kimi ənənəvi narkotik vasitələr və psixotrop maddələr ixrac olunur və onların istehsal olunduğu ölkələr sırasında Əfqanıstan, İran üstünlük təşkil edir. Türkiyə və bir sıra Avropa ölkələrindən isə ekstazi, LSD və digər bu tip yeni nəsil psixotrop maddələr ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilir.

DTX və digər hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrinin daşınması ilə məşğul olan iri cinayətkar dəstələr zərərsizləşdirildiyindən, hazırkı dövrdə ölkə ərazisində bu kriminal fəaliyyətlə məşğul olan dəstələr əsasən orta və xırda qruplardan ibarətdir və pərakəndə halda fəaliyyət göstərirlər. Mövcud statistik məlumatlara əsasən, qeyd edilən kateqoriyaya aid olan şəxslərin əksəriyyəti nəinki narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddələri ilə tövsif olunan ağır cinayətlər törədirlər. Qeyd etmək lazımdır ki, rəqib və düşmən dövlətlərin xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin “zəif nöqtələrini” bildikləri üçün onları Azərbaycan Respublikasının Konstitusiya quruluşuna və suverenliyinə qarşı yönəlmiş, ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli planlarına alət edə biləcəkləri istisna edilmir. Bu səbəbdən bəşəri bəlaya çevrilən narkotik vasitələrə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin vəzifə borcu kimi qiymətləndirilməli və bu mübarizə davamlı və sistematik şəkildə aparılmalıdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Klublararası dünya çempionatı: PSJ finalda "Çelsi" ilə qarşılaşacaq

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub

Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

Babək Quliyevə UEFA-dan növbəti təyinat

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Rəşad Nəbiyev “WSIS+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

Albert Riera: "Sabah" klubuna hörmət edirik

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Pərviz Şahbazov Vyanada OPEC, GECF-in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanda plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib

Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

“Lion”un Fransa Liqa 1-də qalacağı dəqiqləşib

Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yoxlama oyunlarında nəticə önəmli deyil

BƏƏ kapitallı şirkətə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib

“Roma”nın futbolçusu İstanbul klubuna keçib

AZSTAND nümayəndəsi Çex Respublikasının Texniki Komitənin iclasında iştirak edib

Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda Anlaşma Memorandumu imzalanıb

Fransada ifrat sağçı Milli Birlik partiyasının mənzil-qərargahında axtarış aparılıb

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır

Polşanın milli müdafiə naziri: Baltik dənizi NATO-nun daxili dənizidir

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları”nın və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

Avropa Liqası: Sloveniya klubu “Sabah”la oyun üçün Bakıya gəlib

Ukraynada «Neptun» raket kompleksi barədə gizli sənədləri oğurlamağa cəhd edən casuslar həbs edilib

Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

AMEA-da “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

“İki sahil” qəzeti 34 yaşını qeyd edir

Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

“Araz-Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəlib

İspaniyalı futbolçu ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib

Yay mövsümündə Mərakeşin sahilyanı kəndləri böyük turizm mərkəzlərinə çevrilir

DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib

“Azərreyl” serbiyalı voleybolçunu transfer edib

Tələbələrin köçürülməsi prosesinə start verilir

“Qarabağ”ın bir neçə futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq

Hər il dünyada 12 milyona yaxın qız erkən nikaha məcbur edilir

İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub

Akademik İsa Həbibbəyli: “Ədəbi proses” müşavirələri 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır

UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir

Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır – Araşdırma

Azad olunmuş ərazilərə giriş prosedurlarının sadələşdirilməsi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir ŞƏRH

Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib

Cəbrayıla köçürülən 686 sakin məşğulluq tədbirlərinə cəlb olunub

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırılması yolları

Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dair kommentariyanın təqdimatı keçirilib

QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti təşkil olunub

Şəki-Oğuz yolunda qəza baş verib, ana və övladı xəsarət alıb

Bu ilin birinci yarısında büdcəyə Dövlət Vergi Xidmətindən daxil olan vəsaitin həcmi açıqlanıb

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı açıqlanıb

Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək

Sumqayıtda fiziki zor tətbiq edərək qadının 6 min manatını götürən şəxs saxlanılıb

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil

“Qalatasaray” Kuba millisinin voleybolçusunu transfer edib

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır-ŞƏRH

Çexiyada Karl körpüsünün ildönümü teatrlaşdırılmış şəkildə qeyd olunub

“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi gənclərə Vətən sevgisi aşılayır

Seroloji monitorinq keçiriləcək

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

Gürcüstanın ümumi xarici borcu 25,5 milyard dollara çatıb

Azərbaycanı Universiadada 13 cüdoçu təmsil edəcək

“Barselona”nın skautlar üzrə rəhbəri vəzifəsindən ayrılıb

Türkiyə-Azərbaycan Universitetində “Açıq qapı” günü keçirilib

İşğaldan azad olunmuş ərazilərə giriş icazələrinin müddətinin uzadılması və prosedurların sadələşdirilməsi vətəndaş məmnunluğuna xidmət edir - ŞƏRH

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb

Qarabağa qayıdış daha çevik və planlı: Yeni qərarlar turizmə və sahibkarlığa geniş imkanlar açır - ŞƏRH