Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli

Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə çox böyük tarixi nailiyyətlər, uğurlar və tükənməz dövlətçilik təcrübələri - müstəqil Azərbaycan, əbədi azadlıq bəxş edib. Naxçıvan Muxtar Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafı, milli-mənəvi və ideoloji dəyərlərimizin ən yüksək səviyyədə yaşadılması, mədəni, elmi, etno-kulturoloji sahələrdə mühüm irəliləyişlərin əldə olunması da Heydər Əliyev siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətinin canlı örnəyi kimi diqqəti cəlb edir.

Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi olan inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi muxtar respublikamızda bütün sahələrdə yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderimizin adı və əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır”.

Kənd təsərrüfatı məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində məqsədyönlü işlər görülür

Ulu Öndərimizin uğurlu yolunun davam etdirilməsi nəticəsində bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının yaradılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər davamlı xarakter alıb. Qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatının inkişafına əlavə stimul verib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin fəaliyyətinin təşkili, bu mənada xüsusi əhəmiyyət kəsb edir. Noyabrın 1-də - Kənd Təsərrüfatı İşçiləri Günündə “Araz” Elm-İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsinə şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış tədbirində iştirak edib. Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyində Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələrinin iştirakı ilə təcrübə dərslərinin keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə yerli və məhsuldar toxum sortlarının bərpası və tətbiqinin davam etdirilməsi, qədim əkinçilik metodlarının elmi şəkildə tətbiqinə başlanılması, birliyin laboratoriyasında torpaq mülkiyyətçilərinə torpaq analizlərinin aparılması üçün lazımi şəraitin yaradılması barədə tapşırıqlar verib.

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir

Artıq 30 ilə yaxındır ki, blokada vəziyyətində yaşayan muxtar respublika üçün hava nəqliyyatının inkişafı böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı qədim diyarımızda hava nəqliyyatına tələbatı daha da artırır. Ona görə də bu gün Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir, mülki aviasiya sahəsində müasir infrastruktur yaradılır. Görülən tədbirlərin davamı olaraq, noyabrın 2-də hava limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxıb, limanın inşası davam etdirilən yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanıblar.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar verib.

Əlaqələr genişləndirilir

Muxtar respublikada hərtərəfli inkişaf sayəsində xarici ölkələrlə iqtisadi-ticarət, elmi-mədəni, təhsil, hava nəqliyyatı, turizm sahələrində əlaqələrin genişləndirilməsinə hərtərəfli şərait yaradılıb.

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, noyabrın 12-də Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue, noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, noyabrın 29-da isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşüb.

“Ailə təsərrüfatı məhsulları” festivalı böyük maraqla qarşılanıb

Muxtar respublikada müxtəlif istiqamətlər üzrə festivalların təşkili davamlı xarakter alıb. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox hey¬vandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərir. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, yerli məhsulların satışı üçün əlverişli imkanın olması və keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda qədim diyarda 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur.

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivala muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdı. Builki festivalda ailə təsərrüfatlarının istehsalı olan müxtəlif əl işləri də nümayiş etdirilib.

Ali Məclisin Sədri festivalda iştirak edib, ailə təsərrüfatlarına bundan sonra da dəstək göstərilməsinin vacibliyini bildirib. Muxtar respublika rəhbəri ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixrac imkanlarının yaradılması, həmin məhsulların kənd təsərrüfatı məhsulları və bayram yarmarkalarında, şəhər və rayon mərkəzlərindəki mağazalarda, kəndlərdəki xidmət mərkəzlərində, eləcə də ölkəmizin digər bölgələrindəki “Naxçıvan məhsulları” mağazalarında satışının təşkili, muxtar respublikanın bütün rayonlarında ailə təsərrüfatı festivallarının keçirilməsi və nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılması barədə tapşırıqlar verib.

Ətraf mühit qorunur

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması, muxtar respublikanın adının dəyişdirilməsi, ordu quruculuğuna və iqtisadi islahatlara başlanılması müstəqil dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrdə muxtar respublikada təbiətin qorunması istiqamətində də tədbirlər görülüb, iməciliklər keçirilib, yaşıllıqlar salınıb. Bu gün dahi şəxsiyyətin ideyaları muxtar respublikada uğurla reallaşdırılır, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. Noyabrın 17-də - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə muxtar respublikada iməcilik keçirilib.

Ali Məclisin Sədri iməcilikdə iştirak edib, meyvə tingləri əkib, hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar verib.

Ərzaq təhlükəsizliyi təmin olunur

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Bunun üçün torpaq ehtiyatından səmərəli istifadə olunur, mütərəqqi suvarma metodları tətbiq edilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu işlərin həyata keçirilməsində meliorasiya və irriqasiya tədbirləri xüsusi yer tutur. Noyabrın 20-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi də həyata keçirilən tədbirlərin davamıdır. Bununla da 600 hektar torpaq sahəsi yeni əkin dövriyyəsinə qatılıb.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Ali Məclisin Sədri deyib: “Qapalı suvarma şəbəkəsinin quraşdırıldığı ərazilər əkin dövriyyəsinə qatılmış yeni torpaqlardır. Ərazidən torpaq nümunələri götürülərək araşdırılmış, 2 min hektarı əhatə edən toxumçuluq təsərrüfatı yaradılmış, təsərrüfat lazımi texnikalarla təmin edilmiş, mütərəqqi suvarma şəbəkəsinin qurulmasına başlanılmışdır. Həyata keçirilən tədbirlər torpağa ikinci həyat verir. Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və dəmyə əkinçiliyinə üstünlük verilməsi mühüm yer tutur. Çünki hər il muxtar respublikada əhali artımı müşahidə olunur. Əhalinin ərzaqla təminatı isə kənd təsərrüfatının inkişafından asılıdır. Bu gün qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi ilə 600 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Digər bir tərəfdən isə bu torpaqlarda istehsal olunmuş məhsuldan muxtar respublikada hər bir ailə istifadə edəcəkdir. Bununla yanaşı, daxili bazar qorunacaq, vəsait ölkəmizdə qalacaq, yeni iş yerləri açılacaqdır”.

Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisinin yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparıldığını bildirib, bu işdə əməyi olanlara təşəkkür edib və onları hədiyyələrlə mükafatlandırıb.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb, muxtar respublikada belə şəbəkələrin qurulmasının davam etdirilməsi, toxumçuluq təsərrüfatında “Araz” Elm-İstehsalat Birliyi tərəfindən yeni toxum sortlarının sınaq əkininin aparılması və ərazidə yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.

Təhsilin inkişafına xüsusi diqqət yetirilir

Cəmiyyətin inkişafında təhsilin rolu əvəzolunmazdır. Hansı ölkələrdə ki, təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edilməyib, həmin ölkələrdə bütün sahələrdə geriləmələr qeydə alınıb. Bu, təhsilin gələcəyimiz baxımından əhəmiyyətli rolunu bir daha ortaya qoyur. Praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusu olan təhsilin muxtar respublikanın kənd yaşayış məntəqələrində də inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü işlər böyük önəm daşıyır. Çünki bu gün muxtar respublikada əhalinin 70 faizi həmin yaşayış məntəqələrində yaşayır. Bu, muxtar respublika rəhbərinin, hətta ən ucqar kəndlərimizdə belə şagird və müəllimlər üçün hərtərəfli təhsil şəraitinin yaradılması istiqamətində gördüyü işlərin necə böyük bir perspektivə hesablandığını göstərir.

Noyabrın 21-də - inkişaf, sabitlik və yüksək rifah prinsiplərini fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Ali Məclisin Sədri açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın səviyyəsini onun təhsil səviyyəsi müəyyən edir”, - fikrini xatırladıb, bir mühüm məsələyə də toxunaraq deyib: “Müasir tədris şəraiti təkcə yeni məktəb binası tikməkdən ibarət deyil. Müasir tədris şəraiti məktəbdə elektron lövhələrin quraşdırılması, internetə çıxışı olan kompüter siniflərinin, şahmat otaqlarının, idman zalının, zəngin fonda malik kitabxananın və ixtisaslı müəllim kollektivinin olması deməkdir. Bu şərait gələcəyimiz olan gənclərin təhsilli böyüməsində və ölkəmiz üçün yararlı vətəndaşlara çevrilməsində əsas amildir. Məktəbdə şagirdlər maraqlarına uyğun peşələrə yönləndirilməli, hər bir şagird özünə peşə seçməlidir. Bu vəzifələrin yerinə yetirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təhsilin inkişafı üçün qəbul olunmuş dövlət proqramları bu sahədə geniş imkanlar açır. Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında müasir şəraitlə təmin olunmuş peşə məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbin kollektivinin qarşısında duran əsas vəzifə də ondan ibarətdir ki, gələcəyimiz olan gəncləri təhsilli, peşə sahibi olan, dünyagörüşlü və vətənpərvər böyütsünlər”.

Kəndlər abadlaşdırılır

Muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır, müasir infrastruktur qurulur.

Noyabrın 21-də Kosacanda kənd tam orta məktəbinin yeni binası ilə birlikdə yeni kənd və xidmət mərkəzi, kənd avtomobil yolu da istifadəyə verilib. Bununla, Kosacan kəndi müasir yaşayış məntəqələrinin sırasına daxil olub.

Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılıb. Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, mərasim evi, həmçinin Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirlərdə iştirak edən Ali Məclisin Sədri sakinləri təbrik edərək deyib: “Bu gün Qazançı kəndi abad yaşayış məntəqəsinə çevrildi. Kəndlərin inkişafı, müasirləşməsi, abadlaşması ölkəmizin inkişafı deməkdir. Bu işlərin həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, insanlarımız rahat yaşasın. Yaradılan şərait sakinlərə öz işlərini rayon mərkəzinə getmədən kənddə həll etməyə imkan verəcəkdir. Şagirdlərin yaxşı təhsil alması üçün məktəb, sakinlərin sağlamlığının qorunması üçün lazımi avadanlıqlarla təchiz olunmuş ambulatoriya, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Culfa şəhərindəki, Naxçıvan şəhərindəki məktəblərdə yaradılan tədris şəraiti Qazançı kənd tam orta məktəbində də vardır. Həmçinin kənd daimi rabitə xidməti, sürətli internet, su, təbii qaz və elektriklə təmin olunub”.

Bu gün təmiz havaya, səfalı təbiətə və müasir infrastruktura malik olan Kosacan və Qazançı kəndlərində yaşamaq və işləmək üçün bütün imkanlar mövcuddur. Həmin yaşayış məntəqələrinin sakinlərinin daimi işığı, qazı, interneti, bir sözlə, hərtərəfli şəraiti var. Kəndlərdə görülən quruculuq işləri dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. Muxtar respublikada aparılan quruculuq işləri, abadlaşan kəndlər, insanların rahat yaşayışının təmin olunması ən böyük vətənpərvərlik nümunəsidir.

Onu da qeyd edək ki, həmin kəndlərdə əkinçilik, maldarlıq, heyvandarlıq və arıçılıq da inkişaf etdirilir. Dövlət ailə təsərrüfatlarına kömək göstərir, kreditlər verilir, istehsal olunmuş məhsulların bazarda satışına şərait yaradılır. Bu da sakinlərin rifah halını yaxşılaşdırır, onların yurda, torpağa bağlılığını artırır.

Tibbi xidmətin səviyyəsi daim yüksəldilir

Naxçıvanda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Səhiyyə infrastrukturunun yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin verilməsi də diyarımızda səhiyyənin inkişafı sahəsində görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir.

Ali Məclisin Sədri muxtar respublikanın səhiyyə işçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb və təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.

Naxçıvan daha bir ilkə imza atıb - Türk Şurası Gənc Liderlərinin ilk forumu qədim diyarda keçirilib

Qədim sivilizasiyanın məkanı olan, bu gün bütün sahələrdə inkişaf edərək Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan noyabrın 26-da daha bir ilkə imza atıb - həmin gün Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib.

Forumun açılışında iştirak edən Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun bütün iştirakçılarını salamlayıb, forumun işinə uğurlar arzulayıb. Ali Məclisin Sədri deyib: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxan-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”.

Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq, Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.

Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumuna mühüm əhəmiyyət verildiyini, forumun səmərəli olacağına inamını bildirib, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını ölkə Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.

Qeyd edək ki, Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası məhz Naxçıvanda qoyulub. Bu il Naxçıvan şəhəri Azərbaycanın Gənclər Paytaxtı, həmçinin İslam Mədəniyyətinin Paytaxtı kimi yüksək statusa malikdir. Qədim diyarda əsası qoyulan bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və inkişafına geniş imkanlar açır.

Naxçıvan tarixi Azərbaycan dövlətçiliyi ənənələrinin, Heydər Əliyev ideyalarının yaşadıldığı bir məkan kimi şöhrət qazanır

Bu gün muxtar respublikamızda quruculuq və müasirləşmə siyasəti uğurla həyata keçirilir, dayanıqlı sabitlik hökm sürür. İnkişaf və yüksəliş muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Bir ölkənin, diyarın gələcəyi isə onun köklərinə bağlılığı, dahilərinə, tarixi şəxsiyyətlərinə hörmət və ehtiramı, gələcəyə inamı və birliyi ilə birbaşa əlaqəlidir. Qürurla deyə bilərik ki, bütün dövrlərdə olduğu kimi, bu gün də Naxçıvan Azərbaycan dövlətçiliyi ənənələrinin, Heydər Əliyev ideyalarının yaşadıldığı bir məkan kimi şöhrət qazanır, keçmişi ilə bu gününün vəhdətindən güc alaraq inkişafına yeni çalarlar qatır, sürətli yüksəlişi ilə dosta sevinc bəxş edir, düşmənin gözdağına çevrilir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO