REGİONLAR
Naxçıvanda keçilən şahmat üzrə növbəti interaktiv dərs 200-dən artıq təhsil müəssisəsində izlənilib
![](/files/galleryphoto/2020/1/1200x630/15792544854372030730_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1579254485751815167_1200x630.jpg)
Naxçıvan, 17 yanvar, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər, “Fransız müdafiəsi”nə aid oyunların təhlili” mövzusunda növbəti interaktiv dərs keçilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
İnteraktiv şahmat məşğələsi əvvəlcə ümumtəhsil məktəblərinin şagirdləri, sonra həmin təhsil ocaqlarında şahmat fənnini tədris edən müəllimlər üçün təşkil olunub. Bununla yanaşı, həm də rayon şahmat məktəbləri ilə keçilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. Dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, muxtar respublikanın ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:47]
Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub
- 28.06.2024 [18:19]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [17:52]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:42]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:27]