Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq – MÜSAHİBƏ VİDEO

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq –  MÜSAHİBƏ VİDEO

Bakı, 23 may, Aytac Haqverdiyeva, AZƏRTAC

Ekologiya və təbii sərvətlər nazirinin müavini, ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar Kərimov 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Vüqar müəllim, Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2001-ci il mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Ötən 23 ildə nazirliyin əldə etdiyi uğurları və gələcək hədəfləri barədə danışmağınızı istərdik.

-Qeyd etdiyiniz kimi, 2001-ci il mayın 23-də Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranıb. Həmin tarix Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ulu Öndərin ətraf mühit sahəsində fəaliyyətinə nəzər salsaq, məhz bu Sərəncamın özünün əlbəttə ki, xüsusi yeri var. Nazirlik ölkə üzrə fəaliyyət göstərən müxtəlif komitələrin, qurumların bazasında yaradılıb, fəaliyyəti müxtəlif sahələri özündə birləşdirir. Əsas fəaliyyət istiqamətlərinə nəzər yetirsək, bu sıraya ölkə əhalisinin və dövlət qurumlarının hidrometeoroloji məlumatlarla təmin olunmasını həyata keçirən Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətini mütləq qeyd etməliyik. Nazirliyin digər xidməti olan Meşələrin İnkişafı Xidməti ölkə ərazisində meşələrin mühafizəsi, inkişafını və bərpası işlərini həyata keçirir. Abşeron yarımadası və ətraf ərazilərdə yaşıllaşdırma işlərinin həyata keçirilməsi və yaşıllıqlara qulluğun göstərilməsi üçün nazirliyin tərkibində “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurumun fəaliyyətinə əsasən yerli iqlim şəraitinə uyğunlaşa bilən ağac tinglərinin yetişdirilməsi və Abşeron yarımadasının yaşıllaşdırılması daxildir. Ən vacib fəaliyyət sahələrimizdən biri əlbəttə ki, xüsusi mühafizə olunan təbiət ərazilərimiz və onların idarəetməsini həyata keçirən nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətidir. Bu xidmət ölkə ərazisində həm landşaftların, həm də fauna və flora növlərinin - əsasən də nəsli kəsilmək təhlükəsi olan növlərin - qorunması ilə məşğul olur.

Digər istiqamətlər mineral xammalın idarə olunması və geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı iki agentliyimizin fəaliyyətidir. Həm də ölkə üzrə ekoloji siyasəti həyata keçirən qurum olaraq ölkədə ətraf mühitə dəymiş təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılır. Ötən dövrdə əldə etdiyimiz böyük uğurlar var. Meşələrin mühafizəsi sahəsində son dövrlərdə qazandığımız uğurlarımız barədə “artıq irəliyə doğru addım atmışıq” deyə bilərik. Abşeron yarımadasında 5 min hektardan çox yaşıllıqların salınması və onların həm qulluq işləri, həm də qorunub saxlanılması işlərini uğurlarımızın siyahısında sadalaya bilərik. Bu uğurlarımız ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Bir məqamı da xüsusi vurğulayım ki, 2022-ci ilin mayında - nazirliyin peşə bayramı ərəfəsində vacib qərar qəbul edildi: “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə medalı” təsis olundu. Bu medal, təkcə nazirlik əməkdaşlarının deyil, həm də ölkədə ətraf mühitin mühafizəsi sahəsində fərqlənən digər şəxslərin də təltif edilməsi üçün nəzərdə tutulub. İndiyədək nazirliyin onlarla əməkdaşı ölkənin müxtəlif dövlət təltifləri ilə mükafatlandırılıb. Bütün bunlar bizim uğurlarımızın göstəricisidir.

-2024-cü il ekoloji tədbirlərlə çox zəngin ildir. Artıq tədbirlər başlayıb. Bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Həm də COP29-a hazırlıq prosesləri gedir. Ümumiyyətlə, nazirliyin üzərinə çox böyük vəzifələr düşür. Həmin vəzifələr nədən ibarətdir, bu il hansı tədbirlərin keçirilməsi gözlənilir?

-Bəli, həm “Yaşıl dünya naminə həmrəylik ili”, həm də COP29 tədbiri çox əhəmiyyətli və vacibdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının - COP29-un Bakıda keçirilməsi ilə bağlı ötən ilin dekabrında qərar verildi. Əlbəttə ki, bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. Bu, bizə böyük etimaddır, həm də çox böyük məsuliyyətdir. Çünki ölkədə bu günədək keçirilən heç bir tədbirlə müqayisə olunmayacaq dərəcədə böyük tədbirdir və geniş auditoriyanı əhatə edir. Təsəvvür edin ki, Bakı ətraf mühit və iqlim dəyişmələri sahəsində dünya üzrə keçirilən bütün müzakirələrin baş platforması və mərkəzi olacaq. 2024-cü il noyabrın 11-dən 22-dək Bakı bu tədbirə ev sahibliyi edəcək. Əlbəttə ki, ölkə üzrə bu tədbirə hazırlıqlar artıq başlayıb.

Prezident İlham Əliyevin keçən il dekabrın 25-də imzaladığı müvafiq Sərəncamla Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu il çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həyata keçirəcəkləri Tədbirlər Planı hazırlanaraq təsdiqləndi. Bu, çox zəngin tədbirlər planıdır. Orada ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlər var və artıq onların icrası ilə bağlı işlərə başlanılıb.

Misal üçün deyə bilərəm ki, təsdiqlənmiş Tədbirlər Planında bu il ölkə üzrə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümündə artıq biz nəzərdə tutulan 5 milyon ağac və kol tinginin 2,5 milyonunun əkilməsinə nail olmuşuq. Bu, əlbəttə ki, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi layihələr deyil, həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının birgə işidir. Düşünürəm ki, ilin sonuna qədər həmin 5 milyon ağacın əkilməsi hədəfinə nail olacağıq.

Bundan başqa, əsasən xüsusi mühafizə olunan ərazilərlə bağlı nazirliyin genişmiqyaslı layihələri var.

- İşğaldan azad olunan torpaqlarla bağlı nazirliyin üzərinə çox böyük vəzifələr düşür. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə ekologiyaya dəyən zərərlərin qiymətləndirilməsi və bununla bağlı Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hansı işlər görülür?

-Bəli, ərazilərimizin otuz ilə yaxın işğal altında qalması, əlbəttə ki, digər sahələrə olduğu kimi, ətraf mühit sahəsinə də təsirsiz ötüşmədi. Bu, Azərbaycanın ətraf mühit, ekologiya sahələrinə, əsasən su və təbii ehtiyatlarına, meşə örtüyünə, bioloji müxtəlifliyinə, bitki və heyvanat aləminə, yataqlara ziyan dəyməklə öz mənfi təsirini göstərdi.

Dediklərimi səsləndirəcəyim rəqəmlər də sübut edir. Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində işğaldan öncəki dövrdə 260 min hektar meşə fondu torpaqları olub ki, bunun da 216 min hektarı meşə örtüklü ərazilər idi. Aparılan ilkin qiymətləndirmələrdə 54 min hektardan çox meşə ərazisinin işğal dövründə tamamilə məhv edildiyi aşkara çıxdı. Bu qiymətləndirmələr, əlbəttə ki, davam etdirilir. Meşələrimiz yandırılıb, məqsədli şəkildə ağaclar tikinti materialları kimi, mebel sənayesinin xammalı kimi istifadə olunmaq uçun qırılıb. Təbii ehtiyatlarımız yanacaq, odun və digər məqsədlərlə daşınıb. 54 min hektar deyərkən tamamilə məhv edilən meşədən söhbət gedir. Əlbəttə, meşələrimizə dəymiş ziyanlar daha böyükdür. Qiymətli meşə cinslərinin qırılaraq daşınması səbəbindən seyrəkləşən meşələrimizi də nəzərə alsaq dəymiş ziyanın miqyasının daha böyük olduğunu görərik. İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə altı xüsusi mühafizə olunan ərazimiz var. Onların ikisi dövlət təbiət qoruğu, dördü isə dövlət təbiət yasaqlığıdır: Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğu və Laçın rayonu ərazisindəki Qaragöl Dövlət Təbiət Qoruğu; Daşaltı, Arazboyu, Laçın və Qubadlı Dövlət Təbiət yasaqlıqları. Həm bioloji müxtəlifliyimizə, həm təbii ehtiyatlarımıza 30 ilə yaxın müddətdə dəymiş ziyanların miqyasını və formasını Bəsitçay Dövlət Təbiət Qoruğu və Qaragöl Dövlət Təbiət qoruqları misalında izah etməyə çalışacağam.

Bəsitçay Dövlət Təbiət Qoruğu ümumilikdə 108 hektar ərazini əhatə edir. Qoruğun yaranmasına səbəb dünyada cəmi bir neçə təbii arealı olan Şərq çinarı növünün, - Xan çinarı da deyilir, - orada olan təbii arealının mühafizə olunması məqsədilə yaradılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə yaradılmış təbiət qoruğudur. Onun 87 hektarı 1989-cu ildə aparılmış meşə quruluşu işlərində meşə örtülü çinar meşəlikləri olub. Amma indi işğaldan sonrakı dövrdə aparılan ilkin qiymətləndirmədə həmin çinar meşəsinin 40 hektardan çox hissəsinin tamamilə məhv edildiyi məlum olub. Çinar ağacları məhv edilib, yerində kənd təsərrüfatı əkini aparılıb.

Digər nümunə isə Qaragöl Dövlət Təbiət Qoruğunda yaranan vəziyyətdir. Sözügedən qoruq yüksək dağ landşaftının, orada yaşayan Qızıl xallı farel balığı kimi nadir növlərin mühafizə olunması məqsədilə yaradılıb. Həmin gölün ixtiofaunası və orada yaşayan canlılar tamamilə məhv edilib. Eyni zamanda, suyundan təsərrüfat məqsədilə istifadə edilməsi səbəbindən quruyub. Nə gölün özünün əvvəlki ecazkar təbii görünüşü, nə də orada yaşayan canlılar qalıb. Bu sadaladığım nümunələr dövlət təbiət qoruqlarıdır. Bütün dünyada təbiət qoruğu statusu əldə etmiş ərazilərə xüsusi münasibət göstərilir. Ancaq işğal dövründə sözügedən Azərbaycan qoruqlarının birində meşənin 50 faizdən çox hissəsi, digərində isə göl və orada yaşayan su canlıları tamamilə məhv edilib.

Mina təhlükəsizliyi məsələləri həll olunduqca, biz bu ərazilərin ekologiyasına dəyən zərəri bərpa etməyə davam edəcəyik. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının əvvəlki vəziyyətinə qaytarılması yaxın dövrdə mümkün olmasa da, proseslə bağlı təbii bərpaya dəstək proqramları davam edir. Eləcə də həmin ərazilərdə meşələrin bərpası, yeni yaşıllıqların salınması üzrə layihələr üzərində işləyirik.

- Nazirliyin fəaliyyətində reintroduksiya layihələri də mühüm yer tutur. Qarşıdakı dövrlərdə bizi hansı fauna növlərinin təbii areallarının bərpası tədbirləri gözləyir? Xüsusilə də biomüxtəlifliyi məhv edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barəsində məlumat verməyinizi xahiş edirik.

-Azərbaycanda xüsusi mühafizə olunan ərazilər - 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı olmaqla, ölkənin 10,3 faiz ərazisini əhatə edir. Bu, 893 min hektar ərazi deməkdir. 2001-ci illə müqayisə etsək bu ərazilər kifayət qədər genişlənib.

Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə imzaladığı müvafiq sərəncamlarla yeni milli parkların yaradılması prosesi başlandı. Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, əvvəllər Ordubad Milli Parkı kimi yaradılan, indi isə Həsən Əliyev adına Zəngəzur Milli Parkı həmin siyahıdadır. Sonralar bu kimi milli parkların yaradılması prosesi davam etdirildi. Milli parkların sayı 10-a qədər, xüsusi mühafizə olunan yerlərin ərazisi isə iki dəfədən çox artırıldı.

Nazirliyin milli parkların yaradılması ilə bağlı yeni layihələri də var. Yeni milli parklardan biri İlisu Dövlət Təbiət Qoruğunun ərazisində və onun bazasında yaradılan İlisu Milli Parkıdır. Yeri gəlmişkən bu işlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək layihələr sırasındadır. Digər milli parkın isə Qanıx çayı vadisində və Axar-baxar dağ silsiləsinin ərazisində yaradılması planlaşdırılır. İlin sonuna qədər həmin milli parkların yaradılması işlərinin yekunlaşdırılmasını planlayırıq.

- Vüqar müəllim, hansı növlər öz tarixi areallarına bərpa olunub?

- Növlərin öz tarixi arealına bərpa olunması ilə bağlı çox geniş layihələr var. Ən böyük layihə ceyranlarla bağlıdır. Bilirsiniz ki, 1990-cı ildə ölkə ərazisində ceyranların sayı çox kəskin azalmışdı. Hətta göstərici bir neçə yüz başa qədər düşmüşdü. Ancaq dövlətin gördüyü tədbirlər və onun mühafizəsinə olan xüsusi diqqət nəticəsində hazırda ceyranların sayı 8 min başa qədər artıb. Ceyranların xüsusilə qorunduğu ərazi isə Şirvan Milli Parkıdır. 2010-cu ildən başlayaraq 370 baş ceyran öz təbii arealının bərpası məqsədilə ölkənin müxtəlif ərazilərinə və Gürcüstanın Vaşlovani Milli Parkına buraxılıb.

İşğaldan azad edilən Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonunun ərazisi əsasən səhra, yarımsəhra landşafta malikdir və tarixən ceyranların təbii arealı olub. 2022-ci ildən Ekologiya və Təbii Sərvərlər Nazirliyi həmin yerlərdə ceyran arealının bərpası ilə bağlı layihəni həyata keçirir. Layihə çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb.

Ölkəmizin digər ərazilərinə - Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğuna, Abşeron Milli Parkına və Qax Dövlət Təbiət Yasaqlığına ceyranları buraxmaqla reintroduksiyanı davam etdiririk.

Digər reintroduksiya isə Avropa zubrları ilə bağlıdır. 2019-cu ildən etibarən zubrların (bizon) ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv işlər aparılır. Layihə çərçivəsində ölkəyə 46 baş bizon gətirilib. İlkin olaraq 2019-cu ildə 12 baş, 2020-ci ildə 5 baş, 2021-ci ildə 9 baş və 2022-2023-cü illərdə isə hər il 10 baş olmaqla 46 baş zubr Azərbaycana gətirilib. Təqdirəlayiq haldır ki, onların təbii artımı çox sürətlə gedir. Uyğunlaşma prosesi olduqca normaldır və hazırda həmin zubrların ölkə ərazisindəki sayı 61 başa qədər artıb. Yəni dörd ilə yaxın müddətdə 15 baş zubrun artımı doğrudan da müsbət hal hesab oluna bilər.

Bundan başqa, nəcib maral növünün, Şərqi Zəngəzur və Qarabağdakı su hövzələrində yoxa çıxan balıq növlərinin, Dağıstan turu və Bezoar keçisinin təbii arealına bərpası ilə bağlı genişmiqyaslı layihələr həyata keçirilir və bu işlər davamlı olacaq.

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq –  MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də yanğına görə 7 min sakin təxliyə edilib

ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib

İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir

Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in illik toplantısı başa çatıb

“Şerif”in baş məşqçisi: “Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir

Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib

Avro-2024: Portuqaliya millisi geri dönüş edərək qalib gəlib

Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib

Avropa birinciliyi: Azərbaycan ağırlıqqaldıranı üç medal qazanıb

Oğuzda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb

Səlim Babullaoğlu: Kitab fenomeni unikaldır, heç bir qadcet onu sıradan çıxara bilməz

Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri başlayıb

Gəncə Dövlət Filarmoniyasında “İntizar” operası təqdim olunub

Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb - YENİLƏNİB-5

BDU-nun “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

Hande Harmancı: İctimai səhiyyədə işçi qüvvəsi iqlim dəyişikliyi mövzusunda xüsusi yer tutur

Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

“Avro-2024”: Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb

Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalanıb

ABŞ-da anomal istilər 270 milyon insanı əhatə edəcək

Atilla Tilki: Ağdamda görülən möhtəşəm işlərin nəticəsinin şahidi olduq

Azərbaycanın Xalq rəssamı “Birlik ulduzları” mükafatının laureatı olub

Kürdəmirdə ağır yol qəzası olub, ölənlər var

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq VİDEO

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Trans-Xəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmödə soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər