Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Azərbaycanda idmanın, mədəniyyətin və təhsilin inkişafına verdiyiniz əvəzsiz töhfəyə, həmçinin ölkə vətəndaşlarının rifahı və gənc nəslin gələcəyi naminə göstərdiyiniz yorulmaz fəaliyyətə görə Sizə dərin hörmətimi ifadə edirəm.

Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə uşaq və yeniyetmə idmanının dəstəklənməsinə, bədən tərbiyəsinin inkişafına və milli-mədəni irsin irəlilədilməsinə yönəlmiş mühüm layihələr həyata keçirilir. Təhsil, mədəniyyət və elm sahələrində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin Azərbaycanın dünya arenasında nüfuzunun artırılmasında fəaliyyətiniz mühüm rol oynayır.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, dövlətə və xalqa xidmət yolunda yeni mühüm nailiyyətlər arzulayıram. Qoy həyatınızın hər yeni ili Sizə sevinc, peşəkar uğurlar və ailənizə firavanlıq gətirsin.

Dərin hörmətlə,

 

Alina Kabayeva

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin