“NEFT DAŞLARI”NDAKI PLATFORMADAN 12 QUYU QAZILMIŞDIR
İdarənin kollektivi yubiley ilində neft hasilatında 1 milyon ton həddini keçmək niyyətindədir. Bu məqsədlə NQÇİ üzrə 20 yeni quyu istismara vermək planlaşdırılır.
“Neft daşları” yatağındakı yeni beşbloklu platformadan 1908 nömrəli quyu istismara verilmişdir. Quyu 2810-2818 metr dərinlikdən Qirmaki üstü qumlu lay dəstindən sutkada 30 ton neft verir. Beşbloklu platforma 2006-cı ildə əvvəllər neft çıxarılmayan çoxlaylı 5 nömrəli blokda istismara verilmişdir. Platformadan 36 quyu qazılmalıdır ki, onlardan da geoloqların hesablamalarına görə ümumilikdə sutkada 1000 ton (hər quyudan 30 ton) neft əldə ediləcəkdir. Bugünədək burada sutkada 400 ton neft verən 12 quyu qazılmışdır.
Qazma işlərini “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi həyata keçirir. İdarə hər il sifarişçi “Neft daşları” NQÇİ-yə 5-6 yeni quyu təhvil verir. Dənizdə quraşdırılmış daha iki yeni platformadan qazma işlərinin başlanması planlaşdırılır. Ümumilikdə bu platformalardan 24 quyu qazılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]