NƏRİMANOV RAYONUNDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ TÖRƏDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 15-də Nərimanov rayonundakı Y.Çəmənzəminli küçəsi, ev 9, mənzil 26-da yaşayan Sevinc Abbasovanın evində yanğın baş vermişdir.
Mənzilin 5 kvadratmetr sahəsində əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra mənzildə S.Abbasovanın, onun anası Ofeliyanın, bacısı Xanımın və oğlu Fəridin yanmış meyitləri tapılmışdır.
Müayinə zamanı onların kəsici-deşici alətlə qətlə yetirilmələri müəyyən edilmişdir.
İlkin yoxlama prokurorluq, qatilləri tapmaq üçün əməliyyat-axtarış tədbirləri isə Nərimanov Rayon Polis İdarəsi tərəfindən aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]