Neymar “Fənərbağça”dan təklif alıb
Bakı, 13 iyun, AZƏRTAC
Braziliya millisinin və “Santos” klubunun futbolçusu Neymar karyerasını Türkiyədə davam etdirə bilər.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça" 33 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Bildirilib ki, İstanbul nəhəngi Neymara 1+1 illik müqavilə təklif edib. Oyunçunun hazırkı komandası ilə sözləşməsində istənilən Avropa klubuna pulsuz keçmək imkanı verən xüsusi bənd var.
Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində 14 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]