Nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının yanvarın 18-dəki kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları və cari məsələ müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, auditor hesabatları dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərinin icrasına, cari məsələ isə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbirinə aid olub.
İclasda hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək, aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]