Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyodan

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz Qardaş.

Nikaraqua Respublikasının Barışıq və Milli Birlik Hökuməti və xalqı adından, həmçinin öz adımızdan Sizi, qardaş Azərbaycan Respublikasının xalqını və Hökumətini 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Biz hörmətli Azərbaycan xalqının tarixini, ləyaqətini və vətənpərvərlik ruhunu dəyərləndirir, ölkənizin suverenliyinə, tərəqqi və rifah yoluna hörmətimizi bir daha ifadə edirik.

Mübarək və əbədi azad Nikaraquamızdan xalqlarımızı və hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət prinsipi əsasında daha da möhkəmləndirmək iradəmizi bir daha təsdiqləyirik.

Cənab Prezident, əziz Qardaş, Sizə və dost Azərbaycan xalqına davamlı sülh, tərəqqi və yeni qələbələr arzulayır, ən səmimi qardaşlıq salamlarımızı qəbul etməyinizi xahiş edirik.

 

Daniel Orteqa Saavedra və Rosario Murilyo

Nikaraqua Respublikasının Həmprezidentləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin