ELM VƏ TƏHSİL
Novruz bayramı ərəfəsində Şəmkirin Qaralar kənd orta məktəbi üçün yeni bina istifadəyə verilmişdir
Şəmkir, 19 mart (AZƏRTAC). Novruzun gəlişi ərəfəsində Şəmkirin Qaralar kəndinin şagirdləri ikiqat bayram sevinci yaşayırlar.
Bu günlərdə kənddə 180 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə qeyd edilmişdir ki, bu tədris ocağının cari ildə Şəmkirdə inşa edilən sayca 6-cı məktəb olduğu diqqətə çatdırılmışdır. Bundan əvvəl rayonun Düyərli, Seyidlər, Günəşli, Abbaslı və Qapanlı kəndlərində də ən müasir tələblərə cavab verən təhsil ocaqları istifadəyə verilmişdir. Hazırda isə 4 kənddə məktəb binalarının tikintisi aparılır.
Rəmzi lent kəsildikdən sonra iştirakçılar 9 sinif otağından, idman zalından, müxtəlif fənn laboratoriyalarından, akt zalından ibarət, ayrıca istilik sistemi ilə təchiz edilmiş məktəblə yaxından tanış olmuşlar.