Oğuzda tütün əkininə 200 nəfərdən çox işçi cəlb olunub
Oğuz, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Oğuz rayonunda tütün əkini sahələrinin əvvəlki illə müqayisədə 60 hektar artırılaraq 250 hektara çatdırılması nəzərdə tutulur. Əkin sahələrinin 180 hektarına “Virciniya” növlü ətirli, 70 hektarına isə digər tütün sortları əkiləcək. Artıq təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Fermerlər indiyədək 45 hektar sahəyə şitil köçürüblər və bu iş mütəşəkkil şəkildə davam etdirilir. Tütün əkininə 200 nəfərdən çox mövsümi işçi cəlb edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Rayonun Bucaq kəndindən olan fermer Rəftar Əhmədli tütünçülüklə bir ildir ki, məşğul olur. Fermer ötən il ilk dəfə 43 hektar sahədə tütün yetişdirib, 44 tona yaxın quru tütün istehsal edib. Təsərrüfat rəhbəri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində tütünçülüyün çox gəlirli sahə olduğunu və bu il əkin sahələrini daha da artıraraq 50 hektara çatdırmağı planlaşdırdığını bildirib. Fermerin rəhbərlik etdiyi təsərrüfatda artıq tütün əkininə başlanılıb. Qısa müddətdə 10 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Hazırda onun təsərrüfatında 40 işçi tütün şitillərinin sahələrə köçürülməsi ilə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]