MƏDƏNİYYƏT
Oktyabr və noyabr aylarında bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar verilmişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu ilin oktyabr və noyabr aylarında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə fiziki şəxs İsrafilbəyli Abas İlqar oğlu Şamaxı rayonunun Dədəgünəş kəndində yerləşən “Göy qurşağı” istirahət mərkəzinin,
“XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti Mingəçevir şəhəri, H.Hüseynov küçəsi, 25 ünvanında yerləşən “River Side” mehmanxanasının, fiziki şəxs Muradov Arif Paşa oğlu Bakı şəhəri, Məmmədyarov küçəsi, ev 1/34, mənzil 1, 5 ünvanında yerləşən “İçərişəhər” mehmanxanasının, fiziki şəxs Butayeva Salikat Ağalarovna Qusar şəhəri, F. Həsrətov küçəsi, ev 72 ünvanında yerləşən “Ladera” istirahət mərkəzinin, “Prins” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Salyan şosesi, Şıx çimərliyi ərazisində yerləşən “Crescent Beach Hotel” mehmanxanasının, fiziki şəxs Həsənova Sədaqət Malik qızı Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 22A ünvanında yerləşən “Lion-Garden” motelinin, fiziki şəxs Qarayev Rövşən Məmməd oğlu Mingəçevir şəhəri, H.Əliyev prospekti, 51Q ünvanında yerləşən “Miraj” mehmanxanasının, fiziki şəxs Mirəhmədova-Əlizadə Dilarə Əzizağa qızı Bakı şəhəri, İçərişəhər, Qəsr küçəsi, 16 ünvanında yerləşən “Buta” qonaq evinin, fiziki şəxs Əsgərbəyli Etibar Aydın oğlu Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən “Çənlibel” istirahət mərkəzinin, “Elay” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən “Elay” istirahət mərkəzinin, fiziki şəxs Cavadova İzzətxanım Cəlal qızı Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 34 ünvanında yerləşən “Qız Qalası”, Bakı şəhəri, Asəf Zeynallı küçəsi, 39 ünvanında yerləşən “Azəri” mehmanxanalarının fəaliyyəti üçün lisenziyaya sahib olmuşlar.