OMBUDSMANLARIN VI BEYNƏLXALQ BAKI KONFRANSI KEÇİRİLƏCƏKDİR
Ombudsman Aparatından bildirmişlər ki, “Qloballaşan dünyada insan hüquqları” mövzusunda beynəlxalq konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Milli İnsan Hüquqları gününə həsr edilmişdir.
Toplantıda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının və Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, ABŞ-ın Ayova ştatının ombudsmanı, YUNESKO-nun Baş ofisinin təmsilçisi, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq tədbirə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumlarının və QHT-lərin, nüfuzlu beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də qatılacaqlar.
İştirakçılar ayrı-ayrı sessiyalarda həmkarları ilə fikir, məlumat və təcrübə mübadiləsi aparacaqlar.
Ombudsmanlar arasında qarşılıqlı əlaqələrin gələcək inkişafı, milli insan hüquqları təsisatlarının işinin daha da təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin gücləndirilməsi, təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edəcək bu tədbir ölkəmizdə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə yönəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]