REGİONLAR
Onların da sevinməyə haqqı var
![](/files/galleryphoto/2017/2/1200x630/15041871394295116625_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/1504187139516320953_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/1504187139155421792_1200x630.jpg)
Mingəçevir, 31 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevirdə valideyn himayəsindən məhrum olmuş uşaqlar və şəhər uşaq nevroloji sanatoriyasının balaca sakinləri üçün Qurban bayramı münasibətilə şənlik təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edənlər balacaları təbrik edərək onlara ən xoş arzularını çatdırıblar. Xeyriyyə tədbirində şəhərin tanınmış musiqiçilərinin ifasında şən musiqilər səsləndirilib.
Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorları balacalara daha maraqlı anlar yaşadıb. Onların ifasında göstərilən məzəli yumor səhnələri uşaqlarla yanaşı böyüklərin də marağına səbəb olub. Sonra uşaq yaradıcılıq mərkəzinin “Sevinc” rəqs qrupunun ifasında rəngarəng rəqs nömrələri səslənib.
Tədbirdə balacalar da şeirlər, musiqilər söyləyiblər. Mərasim şən musiqi sədaları altında davam edib.