REGİONLAR
Ötən il Ağsuda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınmışdır
Ağsu, 4 fevral (AZƏRTAC). Ötən il Ağsu rayonunda heyvandarlığın inkişafı istiqamətində həyata keçirilmiş islahatlar müsbət nəticələr vermişdir.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ildə Ağsuda iribuynuzlu mal-qaranın sayı 40 min 623 baş, davarın sayı isə 158 min 908 baş olmuşdur. Bu da 2012-ci illə müqayisədə müvafiq olaraq 0,3 və 0,9 faiz çoxdur.
Ötən il rayon üzrə heyvandarlıq məhsullarının istehsalında artım müşahidə olunmuşdur. Belə ki, ötən il rayonda ət istehsalı (diri çəkidə) 4,2 faiz artaraq 4668 tona, süd istehsalı 5,6 faiz artaraq 26 min 979 tona, yumurta istehsalı 3,6 faiz artaraq 7 milyon 288 min ədədə, yun istehsalı isə 1,4 faiz artaraq 294 tona çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]