Ötən il İtaliyada ev təsərrüfatlarının gəlirləri artıb
Roma, 6 aprel, AZƏRTAC
2017-ci ildə İtaliyada ev təsərrüfatlarının gəlirləri 1,7 faiz çoxalıb ki, bu da 2011-ci ildən bəri müşahidə edilən ən böyük artımdır.
AZƏRTAC ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyi (İSTAT) məlumat yayıb.
Agentliyinin məlumatına görə, ailələrin alıcılıq qabiliyyəti 0,6 faiz artsa da, bu göstərici əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə (1,3 faiz) aşağıdır. 2017-ci ildə ölkənin ev təsərrüfatlarının istehlak xərcləri 2,5 faiz artıb.
Agentlik onu da qeyd edib ki, keçən il bu ölkədə qənaət etmək qabiliyyəti 8,5 faizdən 7,5 faizə düşüb ki, bu da 2012-ci ildən bəri qeydə alınan ən aşağı rəqəmdir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]