MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Azərbaycan bu il də müsabiqənin qalibi ola bilər
Bakı, 27 yanvar (AZƏRTAC). Azərbaycan son dörd ildə “Eurovision” müsabiqəsində yüksək səviyyədə təmsil olunmuşdur. Azərbaycan təmsilçiləri bu illər ərzində keçirilmiş yarışmalarda səviyyəli ifaçılıq nümayiş etdirmişlər. Ona görə də bizim üçün Azərbaycanın dördillik təmsilçilikdən sonra qalib gəlməsi qeyri-adi hesab edilmir. Azərbaycan bu il də müsabiqənin qalibi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən mətbuat konfransında “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand demişdir.
Qonaq bildirmişdir ki, Azərbaycanda “Eurovision-2012” ilə bağlı növbəti püşkatma mərasimi bu ilin martında keçiriləcəkdir. Bu püşkatma yarımfinal və final mərhələlərinin sıralanması ilə bağlı olacaqdır.