Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib
Bakı, 21 may, AZƏRTAC
2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən Sultanəli Orucovun 100 illik yubileyini onunla birlikdə qeyd ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İkinci Dünya müharibəsinin iştirakçısı olan S.Orucovu təbrik edən əməkdaşlar ona Agentliyin rəhbərliyi və kollektivi adından xoş arzularını çatdırıblar.
S.Orucov ziyarət olunduğuna görə təşəkkürünü bildirib, göstərilən sosial xidmətlərdən məmnunluğunu ifadə edib.
DOST Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali qruplarına aid şəxslər üçün belə tədbirlər mütəmadi şəkildə təşkil olunur.
Bir müddət əvvəl S.Orucovla DOST könüllüləri arasında “Nəsillər arası körpü” adlı görüş də keçirilib.
O, gənclərə həyatı, peşə fəaliyyəti və İkinci Dünya müharibəsi dövrü barədə xatirələrini danışıb, gənclərin suallarını cavablandırıb.