Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə muxtar respublika ərazisində “Təmiz hava” aylığı çərçivəsində reyd keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələrinin texniki sazlığı xüsusi cihazlarla yoxlanılıb, bu barədə mütəxəssisin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb. Ətrafa atılmış tullantılarda normadan artıq çirkləndirən avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.