Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevadan
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Hörmətli xanım Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün Sizin yüksək insani keyfiyyətlərinizə, xalqın mənafeyi naminə çoxşaxəli fəaliyyətinizə və xeyirxah işlərinizə dərin hörmətimi, səmimi ehtiramımı bir daha ifadə etmək üçün gözəl imkandır.
Dövlət məsuliyyətini analıq məhəbbəti və ailə dəyərləri ilə ahəngdar şəkildə həyata keçirən Sizin kimi müdrik rəhbərin nəcib keyfiyyətləri xüsusi təqdirə layiqdir.
Özbəkistanda keçirilmiş görüşümüz məndə unudulmaz və xoş təəssüratlar yaratdı. Söhbət zamanı bir daha Sizin səmimiyyətinizin, ölkəmizə məhəbbətinizin şahidi oldum.
Fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, ailə səadəti arzulayıram. Doğma evinizdən firavanlıq və bərəkət, qəlbinizdən rahatlıq və hüzur əskik olmasın.
Əzizlərinizin və bütün Azərbaycan xalqının sonsuz sevgisi Sizə tükənməz güc və ilham versin.
Səmimi ehtiramla,
Saida Mirziyoyeva
Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri