Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Son 30 ildə ölkələrimiz arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir.

Bu müsbət tendensiyanı davam etdirmək və ikitərəfli əlaqələri yeni zirvələrə yüksəltmək niyyətindəyik.

Zati-alinizin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində şəxsi səylərini və qətiyyətini yüksək qiymətləndirirəm. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Asif Əli Zərdari

Pakistan İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin