Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

PAYTAXT BAZARLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ SURƏTDƏ ARTIRILMASININ QARŞISI ALINIR
BAKININ RAYONLARI NÖVBƏTİ SATIŞ YARMARKALARIN KEÇİRİLMƏSİNƏ HAZIRDIR

Xəbər verdiyimiz kimi, iyulun 17-də Nazirlər Kabinetində bazarlarda kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin kəskin bahalaşması, onun səbəbləri və bunun qarşısının alınması yolları ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən müşavirədən sonra konkret tədbirlər görülür. Bu məqsədlə iyulun 22-23-də - şənbə və bazar günləri Bakı şəhərinin rayonlarında, 25 müxtəlif yerdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcəkdir. Yarmarkalarda qiymətlər ən azı iki dəfə ucuz olacaqdır.

AZƏRTAC-ın müxbirləri paytaxtın rayonlarında yarmarkalar təşkil ediləcək yerlərdə hazırlıq işlərinin gedişi ilə tanış olmuşlar.

SURAXANI RAYONU

Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 2,

Suraxanı maşınqayırma zavodu ATSC

Rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Həsənovun sözlərinə görə, burada satıcı və alıcılar üçün münasib şərait yaradılmışdır. Piştaxtalar, kölgəliklər quraşdırılmış, uzaq rayonlardan gəlmiş fermerlərə istirahət otaqları və yeməkxana ayrılmışdır. Ət və süd, digər tez xarab olan məhsulların saxlanılması üçün soyuducu kameralar quraşdırılmışdır.

Qaraçuxur qəsəbəsi “Yeni Günəşli”

yaşayış sahəsi, “Günəş” ticarət mərkəzi

Burada da satıcı və alıcılar üçün bütün şərait yaradılmışdır. Diri heyvanların kəsilməsi üçün yer ayrılmışdır.

Dindar satıcı və fermerlər də unudulmamışdır, onlar üçün ibadət otaqları müəyyənləşdirilmişdir.

İki gün davam edəcək satış yarmarkalarına Lənkəran və Cəlilabaddan gətiriləcək 100 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılacaqdır.

Yarmarkaların açılışını səbirsizliklə gözləyən sakinlər tədbirin təşkilini onlara göstərilən diqqət və qayğı kimi qiymətləndirir və buna görə, respublika rəhbərliyinə minnətdarlıq edirlər.

NƏRİMANOV RAYONU

Metronun “Nərimanov” stansiyasının yaxınlığında,

Ə.Əliyev küçəsi, 26 ünvanında, “Bakı taxıl” ASC-nin ərazisi

Burada Xaçmaz və Salyan rayonlarından gətiriləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkası ilə əlaqədar geniş hazırlıq işləri görülüb. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi sərəncam imzalanmışdır. Sərəncamda icra hakimiyyətinin müvafiq şöbələrinin, rayondakı idarə, təşkilat və müəssisələrin konkret vəzifələri müəyyənləşdirilmişdir.

Göstərilən ünvanda piştaxtalar qurulmuş, digər zəruri işlər görülmüşdür. İyulun 22-23-də Nərimanov rayon polis idarəsinin əməkdaşları yarmarkanın keçiriləcəyi yerdə asayişi qoruyacaqlar. Rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları da ərazidə olacaqlar.

Bundan əlavə, yarmarka ilə əlaqədar əhalinin məlumatlandırılması məqsədi ilə idarə, təşkilat, müəssisə və şirkətlərdə, habelə rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərdə, məhəllələrdə elanlar vurulmuşdur.

BİNƏQƏDİ RAYONU

Dərnəgül yaşayış sahəsindəki K.Rəhimov

küçəsində yerləşən 6 saylı peşə liseyinin həyəti

Yarmarka təşkil olunacaq bu ərazidə piştaxtalar və günlüklər quraşdırılıb. Ərazinin sanitariya vəziyyəti diqqət mərkəzindədir. Rayon polis idarəsinin əməkdaşları ayın 22-23-də ərazidə asayişi mühafizə edəcəklər.

Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsindəki

284 nömrəli orta məktəbin qarşısı

Burada da ticarət aparılacaq sahədə satıcılar və alıcıların səmərəli işi üçün hər cür şərait yaradılmışdır. Ərazidə sanitariya tədbirləri görülmüş, səliqə-sahman yaradılmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bərdə və Ağsu rayonlarından təxminən 12 yük maşınında gətiriləcək kənd təsərrüfatı məhsullarının satışında problem olmayacaqdır.

Hər iki ünvanda satıcıların nahar etməsi üçün iaşə obyektlərində hazırlıq işləri görülmüşdür.

SƏBAİL RAYONU

Badamdar qəsəbəsinin mərkəzində

5, 7 və 9 mərtəbəli binaların həyətində,

239 nömrəli məktəbə bitişik, ətrafı hasarlanmış sahə

Burada təmizlik işləri aparılmış, əraziyə su və kanalizasiya xətləri çəkilmiş, gündən qorunmaq üçün xüsusi çətirlər hazırlanmışdır. Bir sözlə, öz məhsullarını satmağa gələn Saatlı və Masallı rayonlarının fermerləri üçün hər cür şərait yaradılmışdır.

Satışa çıxarılan məhsulların keyfiyyətini yoxlamaq üçün yarmarkada stasionar sanitar-epidemioloji stansiya fəaliyyət göstərəcəkdir.

Yerli sakinləri yarmarka barədə məlumatlandırmaq üçün elanlar və plakatlar hazırlanmışdır.

NİZAMİ RAYONU

Metronun “Əzizbəyov” ərazisindəki “Ankara”

istehsalat kommersiya firması;

Heydər Əliyev prospekti 92, “Azaqrotreyd”

ASC-nin ərazisi (keçmiş Bakı meyvə-tərəvəz bazası);

Heydər Əliyev prospekti, 105, “Keşlə maşınqayırma

zavodu” törəmə müəssisəsinin ərazisi

Bu ünvanlarda olacaq yarmarkaların yüksək səviyyədə təşkili məqsədi ilə rayon icra hakimiyyətinin, əlaqədar dövlət və ictimai təşkilatların nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Hər 3 ərazidə təmizlik-abadlıq, sanitariya-dezinfeksiya işləri aparılmış, piştaxtalar, günlüklər quraşdırılmış, satıcıların burada qalması, istirahəti, onlara iaşə xidmətinin təşkili ilə bağlı lazımi tədbirlər görülmüşdür.

Rayon sakinləri Tovuz və Lənkəran fermerləri və torpaq mülkiyyətçilərinin becərdiyi müxtəlif bostan-tərəvəz məhsullarını bazardakından xeyli aşağı qiymətə ala biləcəklər.

XƏTAİ RAYONU

General Şıxlinski küçəsi 37, “Ordubad”

kiçik müəssisəsinin ticarət mərkəzi, metronun

“Həzi Aslanov” stansiyasının yaxınlığında

Bu ünvanda sakinlərə Kürdəmir, Saatlı, Quba və Şəmkirdən gətirilən müxtəlif kənd təsərrüfatı məhsulları təklif olunacaqdır. Təxminən 1000 kvadratmetrədək sahəsi olan ticarət mərkəzində kənd rayonlarından gələn fermerlər üçün hər cür şərait yaradılmışdır. Piştaxtalar təmir edilərək rənglənmişdir. Ərazidə digər abadlıq işləri də aparılmışdır. Elektrik, su xətləri və sanitariya qovşaqları təmir edilmişdir. Təmir, tikinti və abadlıq işləri rayonun daxili imkanları hesabına, rayon mənzil-kommunal təsərrüfat birliyinin və ticarət mərkəzinə yaxın mənzil istismar sahələrinin köməyi ilə həyata keçirilir.

Fermerlərin nahar etməsi üçün iaşə obyektləri, nəqliyyat vasitələrinin saxlanması üçün yer də nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri satış yarmarkalarına təhkim olunmuşlar. Bütün mühafizə tədbirləri görülmüşdür.

Əhmədli qəsəbəsi, Sarayevo küçəsi,

“Bakı” kinoteatrının yanı, metronun “Əhmədli”

stansiyasının yaxınlığında “Bülbülə” kiçik

müəssisəsinin “Azər” ticarət mərkəzi

Burada şənbə və bazar günlərində təşkil olunacaq yarmarkalara nümunəvi hazırlıq görülmüşdür. Rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov bildirmişdir ki, sahəsi təxminən 600 kvadratmetr olan ticarət mərkəzində fermerlər üçün hər cür şərait yaradılmışdır. Yarmarka günlərində burada çayxana və kafe fəaliyyət göstərəcəkdir. Kürdəmir, Saatlı, Quba və Şəmkirdən gətiriləcək müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarının satışı üçün piştaxtalar quraşdırılmış, ərazidə abadlıq işləri görülmüş, səliqə-sahman yaradılmışdır. Ticarət mərkəzində elektrik xətləri təzələnmiş, su təchizatı sistemi və sanitariya qovşaqları təmir edilmişdir. Nəqliyyat vasitələrindən ötrü dayanacaqlar, fermerlərin gecələməsi üçün yerlər müəyyənləşdirilmişdir.

NƏSİMİ RAYONU

Mərdanov qardaşları küçəsi 113,

“Bakı Tikiş Evi” ASC-nin həyəti

(keçmiş Volodarski fabriki)

Rayon icra hakimiyyəti başçısının müavini Zahid Xəlilov demişdir ki, yarmarkanın keçirilməsi üçün satış yerləri düzəldilmiş, piştaxtalar və çətirlər qurulmuşdur. Alıcı və satıcılar üçün bütün şərait yaradılmış, 900 kvadratmetr sahəyə asfalt döşənmişdir. Yarmarka günləri əraziyə rayon gigiyena və epidemiologiya mərkəzinin həkimləri, polis nəfərləri nəzarət edəcəklər. Zibilin daşınması üçün operativ qruplar yaradılmışdır.

C.Məmmədquluzadə küçəsi, 101,

”Bakı Tikiş Sənaye” ASC-nin həyəti

Burada yarmarkanın təşkili üçün bütün normativlərə uyğun şərait yaradılmışdır. Piştaxta və çətirlər quraşdırılmış, sahədə sanitariya qovşaqları, su xətti, skamyalar, zibil qutuları qoyulmuşdur. Ət və süd, eləcə də digər tez xarab olan məhsullar üçün soyuducu kameralar quraşdırılmış, Sabirabad, Ağdaş və Cəlilabaddan gələcək fermerlər üçün yeməkxana və yataq yerləri hazırlanmışdır.

YASAMAL RAYONU

Şərifzadə küçəsi 194, metronun “İnşaatçılar”

stansiyasının 200 metrliyində hasara alanmış sahə

Astara və Salyan rayonlarından gətiriləcək kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş yerdə artıq bütün hazırlıq işləri görülmüşdür. Piştaxtalar qurulmuş, satıcı və alıcıların gündən qorunması üçün çətirlər quraşdırılmışdır. Ərazidə su və kanalizasiya xətləri işləyir.

Yeni Yasamal yaşayış massivi Mərkəzi

dairəvi ərazidə müvafiq sahə

Ərazidə əhaliyə yüksək keyfiyyətli xidmət göstərmək üçün bütün şərait yaradılmışdır. Yaxınlıqda satıcıların nahar etməsi üçün iaşə obyektləri nəzərdə tutulmuşdur.

Hər iki sahədə satılacaq məhsulların keyfiyyətini yoxlayan xüsusi komissiya fəaliyyət göstərəcəkdir. Rayon icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları yarmarkanın normal fəaliyyət göstərməsinə nəzarət edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda baş verən zəlzələ nəticəsində bəzi evlərdə və binalarda çatlar əmələ gəlib

Qırğızıstan Parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

“Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Nemət Cavadov: Bir il ərzində 5 dəfə inzibati cəza tətbiq edildikdə yayım lisenziyası ləğv olunur

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib YENİLƏNİB-2

Türk Akademiyasının prezidenti: Türk dövlətləri arasındakı hüquq sistemlərinin uyğunlaşdırılması üçün möhkəm elmi əsas yaradılmalıdır

Bonn şəhərində BMT-nin iqlim konfransı keçirilir

Azərbaycan Prezidenti: Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik

Türkiyədə insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb

Bağça müdiri vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Baş prokuror: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlığın inkişafı prioritetdir

BDU əməkdaşları KOBİA-nın keçirdiyi 5-ci qrant müsabiqəsinin qalibi olublar

Nizami Gəncəvinin “Xəmsə”si türk dilində nəşr olunacaq

Prezident: COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifənin üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik

İranda prezidentliyə namizədlərin seçimi başlayır

Memarlıq doktoru: Qarabağ bölgəsində abidələr bərpa edilərək bütün dünyaya təqdim olunacaq

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolu yenidən qurulur

Bakıda “Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib

A-Hub Akselerasiya Proqramının iştirakçıları üçün Şuşa şəhərində gəzinti təşkil olunub

Audiovizual Şuranın rəsmisi: Uşaqların zərərli informasiyadan qorunması vacib məsələlərdəndir

Baş prokuror: Müasir texnologiyalardan istifadə etmə sahəsində türk dövlətlərinin prokurorlarının təcrübə mübadiləsi əhəmiyyətlidir

Gənclər Kitabxanası “Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıb

Azərbaycan Prezidenti: Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik

Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

Anar Bağırov: Hüquqi tətbiqetmə orqanlarının rəqəmsallaşması, bu orqanların daha səmərəli fəaliyyətinə şərait yaradır

Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasını təqdim edib

“Zirə” ukraynalı hücumçusu ilə yollarını ayırıb

Prezident İlham Əliyev: Bizim vədlərimiz imzamız qədər dəyərlidir

Avstraliyada 40 min il əvvələ aid nəhəng quş növünün kəllə sümüyü tapılıb

Gilavar Foto Klubu mina qurbanları ilə bağlı fotolayihənin icrasına başlayıb

Fazil Novruzov: Audiovizual Şuraya daxil olan müraciətlər onlayn media subyektləri ilə maarifləndirmə işinin genişləndirilməsini labüd edir

Qrafen-oksidin nanohissəciklərlə əlaqəsinə dair elmi araşdırmalar aparılır

Azərbaycan Prezidenti: Qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək

Ali Məhkəmənin sədri: Azərbaycanda rəqəmsallaşma sahəsinin inkişafına böyük önəm verilir

Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək

Stoltenberq: ABŞ-da seçkilərdən asılı olmayaraq NATO Kiyevi dəstəkləyəcək

IATA: 2024-cü ildə aviaşirkətlərin gəlirləri 1 trilyon dollar artacaq

Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir

Prezident: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib

Ötən həftə Liviya sahillərində 995 miqrant saxlanılıb

Ədliyyə naziri: Bütövlükdə hüquq sahəsində Türk dövlətlərı arasında sıx əməkdaşlıq formalaşıb

Cənubi Koreya KXDR ilə sərhəd yaxınlığında hərbi fəaliyyətləri bərpa edir

Haaqada “Mən sülhə səs verirəm” adlı rəsm sərgisi və musiqili proqram təşkil edilib

“Enactus”un qalibi BANM oldu

Baş Prokurorluq: Zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Türkiyədəki Etnoidman Mədəniyyəti Festivalında Qarabağ atları təqdim ediləcək

“Masdar” Azərbaycanda daha bir neçə yaşıl enerji layihəsinin icrasını həyata keçirəcək

Prezident İlham Əliyev: Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir

Kamran Əliyev: Ədalətin bərpasında rəqəmsallaşma mühüm vasitədir

Magistratura səviyyəsinin 69 və 70-ci proqramları üzrə qabiliyyət imtahanlarının nəticələri elan olunub

Akademik Milli Dram Teatrı Beynəlxalq forumda

DİN: Kibercinayətkarlığın yeni forması müşahidə olunur

Tələbələr Qarabağ Universitetinin “SABAH” qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Saatlıda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyunda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki açıqlanıb

ADAU-da yaz imtahan sessiyasına start verilib

Dünya rekordçusu Lamiyə Vəliyeva: Brüs Linin fəlsəfəsi idmançı karyeramda mənə stimul verir - VİDEOMÜSAHİBƏ

Azərbaycan neftinin qiyməti 79 dollara qədər ucuzlaşıb

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib

AZAL-ın Rumıniyaya ilk reysinin həyata keçirilməsi ilə bağlı geniş tədbir olub VİDEO

Qusarda “Prius” sürücüsü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb

FHN: Qubada süni göldə batan uşağın meyiti aidiyyəti üzrə təhvil verilib

Çinin kosmik aparatı Ayın görünməyən tərəfində süxur nümunələri toplayıb VİDEO

“Brent” neftinin qiyməti 78 dollardan aşağı düşüb

İzmir sahillərində 101 qeyri-qanuni miqrant saxlanılıb

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib

Pentaqon HIMARS MLRS istehsalı üçün müqaviləni 1,9 milyard dollara qədər artırıb

UNESCO çərçivəsində Mahmut Kaşğarinin “Divani Lüğat-it-Türk” əsərinin 950 illik yubileyi qeyd olunacaq

Ötən il Qara dənizdə batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir

Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb

Danimarkada nəhəng muzey kompleksinin tikintisi ləğv edilib

Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək

Azərbaycan boksçusu: Parisdə tarix yazmaq, medal qazanmaq arzusundayam

Fərid Qayıbov ötən ay nüfuzlu beynəlxalq yarışlarda iştirak etmiş idmançılarla görüş keçirib

Baş məşqçi: Parisdə qızıl medal qazanmaq üçün daim çalışacağıq

Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

"Real Madrid" Kilian Mbappenin transferini açıqlayıb

Paris Olimpiadasına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib YENİLƏNİB

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib VİDEO

Şuşada Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib VİDEO

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir