Danimarkada nəhəng muzey kompleksinin tikintisi ləğv edilib
Stokholm, 4 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
Bu ilin payızına qədər Danimarkanın Bornholm adasında yaradılması nəzərdə tutulan geniş muzey kompleksinin planı ləğv edilib.
AZƏRTAC xəbər verir ki, Bornholm Muzey Fondu 15 ildir planlaşdırılan 22 milyon dollarlıq prestijli layihəni artıq xərclərə görə ikinci dəfə ləğv edib.
Yeni 3 min kvadratmetrlik kompleksdə əvvəllər Bornholm İncəsənət Muzeyində və adanın Mədəniyyət Tarixi Muzeyində nümayiş etdirilən kolleksiyaların həmçinin amerikalı işıq rəssamı Ceyms Karpenterə həsr olunmuş şöbənin yerləşdirilməsi planlaşdırılırdı: “Bu, hər kəs üçün böyük bir məyusluqdur”, – deyə Bornholm Muzeyi Fondunun sədri Stin Kolberg Yensen qeyd edib.
Adanın Mədəniyyət Tarixi Muzeyinin kolleksiyalarının saxlandığı Rönne şəhərindəki indiki bina Danimarka muzey qanunlarına uyğun deyil.
Təxirə salınmış layihə ilə bağlı açıqlamadan sonra Bornholm İncəsənət Muzeyi, gözlənilən turist axınından əvvəl əsərləri yenidən divarlara asmaq məqsədilə intensiv işlərə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]