Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
Praqa, 16 iyun, AZƏRTAC
Çexiya hakimiyyəti iş axtarmaq məqsədilə ölkəyə gələn Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün daha sərt yoxlamalar tətbiq edir.
AZƏRTAC xəbər verir ki, yeni tədbirlər ölkədə qalma qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinə və sosial dəstək sistemindən sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.
Yenilənmiş tələblərə əsasən, Çexiyada üç aydan artıq müddətdə işləmədən yaşayan Avropa İttifaqı vətəndaşları aktiv iş axtarışında olduqlarını təsdiqləyən sübutlar təqdim etməlidirlər. Səlahiyyətli orqanlar namizədin ixtisasını, təcrübəsini və bu istiqamətdə göstərdiyi səyləri nəzərə alaraq onun işə düzəlmək şanslarını qiymətləndirəcək.
Əgər altı ay keçdikdən sonra iş axtaran şəxs işlə təmin olunmaq perspektivlərinin olduğunu təsdiqləyə bilməsə, onun ölkədə yaşamaq hüququna yenidən baxıla bilər. Çexiya hökuməti vurğulayır ki, bu dəyişikliklər sərbəst hərəkət haqqında Avropa qanunvericiliyinə uyğundur və əmək miqrasiyası azadlığı ilə milli sosial müdafiə sisteminin dayanıqlılığı arasında tarazlığın qorunmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]