Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
Bakı, 16 iyun, AZƏRTAC
Ölkəm Mərakeşin dünya çempionatındakı çıxışına görə qürur duyuram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mərakeş millisinin və “Sabah”ın sabiq futbolçusu Sofian Çakla deyib.
O bildirib ki, komandanın heyətində yüksəksəviyyəli futbolçular toplanıb və kollektiv son illərdə böyük inkişaf yolu keçib: “Komandamıza inanırıq və düşünürəm ki, bu turnirdə uğurlu çıxış edərək mümkün qədər irəli getmək üçün çoxlu şansımız var. Hər oyuna maksimum məsuliyyətlə yanaşacağıq. Ölkəm üçün ən yaxşısını arzulayıram və ümid edirəm ki, biz bu dünya çempionatını qazanacağıq. Azarkeşlərimizin dəstəyi futbolçular üçün çox vacibdir və onları sevindirmək üçün əllərindən gələni edəcəklər”.
C qrupunda yer alan Mərakeş millisi ilk oyunda Braziliya ilə qollu heç-heçə edib 1:1.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]