Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir
Bakı, 16 iyun, AZƏRTAC
Hazırda Azərbaycanın 88 milyard dolları ötən xarici valyuta ehtiyatları mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” tədbirində çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, bu, ölkəmizə güclü makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edir.
“Ölkəmizdə İslam maliyyəsi məhsullarının inkişafını müşahidə edirik. İslam maliyyəsi sadəcə alternativ maliyyə modeli deyil. Bu model tərəfdaşlıq, risklərin bölüşdürülməsi, real iqtisadi fəaliyyətin dəstəklənməsi, uzunmüddətli investisiyalar prinsiplərinə əsaslanır. Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir”, - deyə nazir müavini əlavə edib.
Foto - İlkin Cavanşirov