Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.
Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]