Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub
Bakı, 16 iyun, AZƏRTAC
Uzunmüddətli və proqnozlaşdırıla bilən investisiya mühiti axtaran investorlar üçün Azərbaycanın strateji baxışı artıq institusional çərçivədə formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, investorlar Azərbaycana investisiya yatırmaqla İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət əlaqələrinin genişləndirilməsinə birbaşa çıxış əldə edirlər: “Bu, ölkəni halal aqrar istehsal və ixrac üçün cəlbedici regional mərkəzə çevirir. Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi isə rəqəmsallaşma, şəffaflıq və yaşıl inkişaf prinsipləri üzərində qurulub”.
Foto - İlkin Cavanşirov