Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
Bakı, 16 iyun, AZƏRTAC
30 ildən çoxdur ki, İslam İnkişaf Bankı (İİB) Azərbaycanın etibarlı tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" tədbirində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, İİB ölkəmizin iqtisadi inkişafına, eləcə də azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına mühüm töhfələr verir: "Bu gün Azərbaycanda İslam sığortası xidmətləri təqdim olunur. Maliyyə institutları mürabahə və mudarabə kimi İslam maliyyə alətlərini tətbiq etməyə başlayıblar. Bunlar sadəcə maliyyə alətləri deyil, həm də müştəriyönümlü yanaşmanın gücləndirilməsinə xidmət edən mexanizmlərdir".
Foto - İlkin Cavanşirov