Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir
Bakı, 16 iyun, AZƏRTAC
İyun 16-da Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.
Bu barədə AZƏRTAC-a TÜRKPA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə TÜRKPA-nın fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılıb.
Dövlət Baxçalı TÜRKPA-ya xüsusi önəm verdiklərini və qurumun qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb. Partiya sədri bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]