Azərbaycan Dövlət İnformasiya Agentliyi

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Bakı, 16 iyun, AZƏRTAC

Sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətlərinin tətbiqi uşaqların və yeniyetmələrin kibertəqib, bulinq və digər psixoloji təsirlərdən qorunmasına müəyyən töhfə verə bilər. Bununla belə, problemin tam həlli üçün valideyn nəzarəti və maarifləndirmə tədbirləri əsas rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Soullightcenter”in təsisçisi psixoloq Zümrüd Nəcməddin qızı səsləndirib.

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrə girişin məhdudlaşdırılması təqdirəlayiq addımdır: “Bu, uşaqların telefondan sui-istifadə etməklə digər insanlara nalayiq kəlmələr yazmasına, düşünülməmiş rəylər paylaşmasına görə müəyyən mənada məsuliyyət hissinin formalaşmasına kömək edə bilər. Yəni uşaqları və yeniyetmələri təqibdən, bulinqdən və digər psixoloji təsirlərdən qorumaq üçün atılan addımdır”.

O qeyd edib ki, son dövrlərdə baş verən bəzi hadisələr nəzarətsiz telefon istifadəsinin yaratdığı riskləri açıq şəkildə göstərir: “Bu yaxınlarda baş vermiş hadisələrdən birində 10 yaşlı uşağın nəzarətsiz şəkildə telefondan istifadə etməsi nəticəsində başqa bir şəxsə təhdid xarakterli mesajlar göndərilmişdi. Bu da qarşı tərəfdə ciddi psixoloji narahatlıq yaratmış, nəticədə valideynlərin məsuliyyət daşımasına səbəb olmuşdu. Belə məhdudiyyətlər valideynlərin işini nisbətən asanlaşdıra bilər”.

Mütəxəssis müşahidələrinin uşaqların sosial və emosional inkişafı baxımından narahatedici olduğunu bildirib: “Müşahidələrim ondan ibarətdir ki, uşaqlar daha aqressivləşir, passiv həyat tərzi sürür, onların həyatla bağlı planları və maraqları azalır. Ünsiyyət əsasən məhdud sayda “telefon dostları” ilə qurulur. Bu ünsiyyət isə bəzən neqativ hadisələrə gətirib çıxarır. Asosial davranışların artdığını müşahidə edirik”.

Psixoloq hesab edir ki, yaş məhdudiyyətləri müəyyən nəticələr versə də, problemi tam aradan qaldırmayacaq: “Tam olaraq problem həll olunmayacaq. Qismən dəyişikliklər olacaq. Hazırda bəzi valideynlər övladlarından çəkinərək “çölə çıxmasın, eybi yox, evdə yanımda otursun” düşüncəsi ilə onlara telefon verirlər. Halbuki valideynlər övladlarının davranışlarına və fəaliyyətlərinə ciddi nəzarət etməlidirlər. Telefonlarda valideyn nəzarəti proqramlarından istifadə olunmalıdır”.

Z.Nəcməddin qızı valideyn nümunəsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Balansı qorumaq üçün valideyn, ilk növbədə, öz davranışlarına diqqət yetirməli, etik və sosial qaydalara riayət etməlidir. Uşaq valideyni təkrarlayır, çünki uşaqlar valideynlərin güzgüsüdür. Valideyn sosial şəbəkədə təhqiredici rəylər yazırsa, uşaq da eyni davranışı nümayiş etdirəcək”.

Onun sözlərinə görə, əsas məqsəd telefon istifadəsini tam qadağan etmək deyil, onu düzgün qaydalar çərçivəsində tənzimləməkdir: “Ümumiyyətlə, məhdudlaşdırmaq yox, nəzarət altında və müəyyən qaydalarla telefondan istifadəyə icazə verilməlidir. Uşaqlara aşılamaq lazımdır ki, hər bir ünsiyyət qarşılıqlı hörmət çərçivəsində olmalıdır”.

Psixoloq maarifləndirmə işlərinin ailə, bağça və məktəblərdə sistemli şəkildə aparılmasının vacibliyini də qeyd edib: “Bu addımlar ilk olaraq ailədə, daha sonra bağça və məktəblərdə atılmalıdır. Maarifləndirmə həm oyun formasında, həm də məktəblərdə plakatlar vasitəsilə həyata keçirilə bilər. Məktəb psixoloqlarının seminarları və sadə dialoqları belə uşaqlara çox müsbət təsir göstərir. Eyni zamanda, sosial şəbəkələrdə və televiziya kanallarında yayımlanan maarifləndirici çarxlar uşaq və yeniyetmələrin sosial şəbəkələrə baxışını dəyişə bilər”.

Müxbir – Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa hər zaman sadiqdir - ŞƏRH

Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb

® “Coca-Cola”nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb

Telman İbrahimov: Qafqaz Albaniyasının mədəni irsinin araşdırılmasında yazılı mənbələrin rolu böyükdür

Nazir: Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var

Mikayıl Cabbarov: Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sədr: Hədəfimiz “AzerGold”u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir

Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb

Qızılkilsə məbədində aşkar edilən Urartu kitabəsi: II Argiştinin sirri

“Azəriqaz”ın baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 47 faizdən çox artıb

Tarixçi-alim: İrəvandakı kilsənin fasadı Türkiyədən gətirilən qırmızı tuf daşı ilə bərpa edilib

Ramil Niftəliyev: Qərbi Azərbaycan ərazisində xristian irsinin mənimsənilməsi halları araşdırılmalıdır

Yoxsul ölkələrin borclarının qiymətləndirilməsi zamanı iqlim dəyişikliyinə uyğunlaşma xərcləri nəzərə alınacaq

Ramil Ağayev: Qarabağdakı bir sıra abidələrin tarixi Albaniya irsi ilə bağlılığı mənbələrdə əksini tapıb

“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək

Səkkiz ayda Astara Terminalında 537 min tondan çox yük aşırılıb

Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək

Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir

Azərbaycanın innovasiya gündəliyi artıq yalnız startapların yaradılması ilə məhdudlaşmır – ŞƏRH

Zakir İbrahimov: Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

Nazir: Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

AMEA-da konfrans: Qarabağdakı tarixi abidələrin sifarişçiləri yerli alban hakimləri və knyazlarıdır

Azərbaycan klubu litvalı basketbolçu transfer edib

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

Ramil Ağayev: Abidələrdəki yazılara əsasən xalqın etnik kimliyini müəyyən etmək olmaz

Tarixçi-alim: Qafqaz Albaniyasında xristianlıq ermənilərdən əvvəl yayılıb

Cahangir Həsənzadə: Qarşıdakı oyunlardan sonra millinin baş məşqçisi üçün geniş məlumat bazası yaranacaq

Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb

Yanq Te Kim: Azərbaycan Orta Dəhlizlə bağlı müzakirələrə liderlik edir

Ramil Ağayev: Qafqaz Albaniyası Azərbaycan ərazisində yaranmış dövlətlərdən biridir

Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub

Saxta kosmetik məhsulu necə tanımaq olar? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

Balakəndəki Tülü məbədinin açıq səma altında muzeyə çevrilməsi təklif olunur

İsveçli yeniyetmələr enerji içkilərinin istehlakı üzrə Şimali Avropada liderdirlər

Qarabağdakı xristian qəbirlərinin arxeogenetik tədqiqatlarının nəticələri məlum olub

Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib

Gələcəyi birlikdə qurmaq naminə tərəfdaşlıq: rəqəmsal dövrdə uşaqların təhsili

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar bərpa edilib

DİN müsabiqə elan edir

Naxçıvanda bu il 613 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib VİDEO

Naxçıvanda bu il 613 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib VİDEO

“Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ

Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır

Türkiyə ilə ABŞ arasında yeni nəsil nüvə texnologiyaları ilə bağlı müqavilə imzalanıb

® “Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb

Çempionlar Liqası: "Sabah"dan biletlərin vahid formada satışa çıxarılması ilə bağlı açıqlama

TƏBİB süni intellektəsaslı həllərin tətbiqi istiqamətdə araşdırmalar aparır

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Ədliyyə naziri: Manisadakı hadisəni törədən gənclə birlikdə onun valideynləri də saxlanılıblar

Xan Şuşinski Fondunun prezidenti: Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır

Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

Kadir Uğur Yılmaz: TDT-nin enerji və nəqliyyat sahəsində əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

"Turan Tovuz" - "Fənərbağça" oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

Bitkiçilik məhsullarının ixracı davam etdirilir

® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb

® “Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün

Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib

Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq

GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

® “Bir”dən mikrosahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Ağdam məscidinin təmiri tarixi və mənəvi yaddaşın bərpasıdır - ŞƏRH

Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib

Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib

Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 2

Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

Könül Hacıyeva: Bakuvinin üç dildə yaradıcılığı Azərbaycan təsəvvüf ədəbiyyatının çoxqatlı xarakterini göstərir

Bəzi yerlərdə duman olacaq

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

IRENA: 2030-cu il hədəfinə çatmaq üçün hər il 1200 giqavat yeni enerji gücü yaradılmalıdır

Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər

Naxçıvanda büdcə təşkilatlarının nümayəndələri üçün “e-mühasibat” altsistemi ilə bağlı təlim baş tutub

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO