Ötən il Qara dənizdə batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir
İstanbul, 4 iyun, Günel Karatepe, AZƏRTAC
Ötən il noyabrın 19-da Qara dənizdə batan “Kafkametler” gəmisinin ekipaj üzvlərindən itkin düşən yeddi nəfərin axtarışları davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Zonquldak Valiliyi açıqlama yayıb.
Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmidəki 12 nəfərlik heyət üzvlərindən sadəcə beşinin cəsədi tapılıb. Ətraflı araşdırmalara baxmayaraq, digər gəmiçilərlə bağlı hansısa məlumat əldə etmək mümkün olmayıb. Heyət üzvlərinin axtarışları aidiyyəti qurumlar tərəfindən davam etdirilir.
Xatırladaq ki, Rusiyadan İzmir vilayətinin Əliağa Limanına yük daşıyan gəmi noyabrın 19-da Qara dənizdə baş verən fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilmədiyindən yenidən hərəkət edib və qısa müddətdən sonra gəmi ilə əlaqə kəsilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]