Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər
Ağcabədi, 3 iyun, AZƏRTAC
Ağcabədi rayonunun kümçüləri bu il 610 qutu ipəkqurdu toxumu bəsləyiblər. Kümçülər bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu gündən etibarən rayonda barama tədarükünə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kümçülər tərəfindən gətirilən məhsul “AzSİLK” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb. Məhsul təhvilində Ağcabədi rayonunun Kəbirli, Aran, Salmanbəyli, Şahsevən, Köyük, Qaravəlli, Hacılar kəndlərinin kümçüləri fəallıq göstərirlər.
Mövsümün ilk günündə kümçülərin yetişdirdikləri 578 kiloqram məhsul təhvil alınıb.